Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin iyulun 21-də Şuşa Qlobal Media Forumunda etdiyi çıxışında Ermənistan ilə Azərbaycan arasında baxılmaqda olan sülh sazişi kontekstində söylədiyi fikirlərə münasibət bildirib.
Bizim.Media xəbər verir ki, dövlətimizin başçısının “Ermənistan Qarabağda yaşayan erməni əhalisinin hüquqları haqqında danışırsa, biz Zəngəzurda və Göyçədə, İrəvanda azərbaycanlıların hüquqları haqqında danışmalıyıq və bu, qarşılıqlı şəkildə olmalıdır” fikrinə istinad edən Qərbi Azərbaycan İcmasının açıqlamasında deyilir:
"İcma hesab edir ki, Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaları və qayıtdıqdan sonra onların orada fərdi və kollektiv hüquqlarının təmin edilməsi haqq-ədalətin tələbi olmaqla bərabər, Ermənistan və Azərbaycan arasında davamlı sülhün rəhnidir.
Prezident İlham Əliyevin bizim öz evimizə qayıtmağımız və hüquqlarımız məsələsini saziş üzrə aparılan danışıqların müstəvisinə gətirilməsinə dair son bəyanatı sülh və ədalətin bərqərar olunması yolunda növbəti tarixi bir inkişafdır.
Qərbi Azərbaycan İcması Ermənistandan qovulmuş azərbaycanlıların təmin edilməsi istiqamətində həyata keçirdiyi prinsipial və ardıcıl siyasətinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərindən təşəkkür edir.
Azərbaycan hökumətinin insan hüquqlarının aliliyinə əsaslanan bu siyasəti bizi qayıdış hüququmuzun təmin edilməsinə xidmət edən haqq işimizi daha əzmlə həyata keçirmək üçün əlavə səylər göstərməyə ruhlandırır".
Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:55 / 22.07.2023
İcma: "Azərbaycanlıların öz evlərinə qayıtmaları Ermənistanla sülhün rəhnidir"
Hazırda oxunan: İcma: "Azərbaycanlıların öz evlərinə qayıtmaları Ermənistanla sülhün rəhnidir"
Hazırda oxunan: İcma: "Azərbaycanlıların öz evlərinə qayıtmaları Ermənistanla sülhün rəhnidir"
147506
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.