İlham Əliyev: “Minalardan azad olmaq üçün ciddi səylər göstəririk” - VİDEO 

Hazırda oxunan: İlham Əliyev: “Minalardan azad olmaq üçün ciddi səylər göstəririk” - VİDEO 

147382

“Biz ciddi səylər göstəririk, tədbirlər həyata keçiririk ki, minalardan azad olaq. Biz avadanlıq almışıq, xüsusi maşınlar gətirmişik. Bizim yerli şirkətlərdən biri artıq onları Azərbaycanda istehsal etməyə başlayıb”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib. 

Hesablamalara görə, ərazilərimizdə bir milyondan artıq minanın basdırıldığını bildirən dövlətimizin başçısı qeyd edib:

“Ermənilərin bizə verdiyi xəritə təqribən 400 min minanı əhatə edir. Yəni, etiraf etdilər ki, onlar 400 mindən artıq mina basdırıblar. Ancaq biz bilirik və bu, olduqca dəqiq məlumatdır ki, minaların sayı 1 milyona yaxındır”. 
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin