“Ordumuz üç il bundan əvvəlki ordudan daha güclüdür” - Prezident 

Hazırda oxunan: “Ordumuz üç il bundan əvvəlki ordudan daha güclüdür” - Prezident 

147349

“Biz hər hansı bir ssenariyə hazır olmalıyıq. Bu məqsədlə möhtəşəm Zəfərimiz nümayiş etdirən Qarabağ müharibəsi bitən kimi biz dərhal yenidən müdafiə sahəsində dərin islahatlar həyata keçirməyə başlamışıq”. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Prezident Şuşa Qlobal Media Forumunda çıxış EDİR – CANLI


Bu gün Ordumuzun üç il bundan əvvəlki ordudan daha güclü olduğunu diqqətə çatdıran dövlət başçısı deyib: 

“Əlbəttə ki, buna ehtiyac var, o da bizim tariximizdən qaynaqlanır. Biz görürük ki, bu gün beynəlxalq hüququn normaları kobud şəkildə pozulur. Biz görürük ki, beynəlxalq hüquq selektiv tətbiq edilir, biz uzun illər bu yanaşmaya məruz qalmışıq”. 

BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmalı olduğu ilə bağlı dörd qətnamə qəbul etdiyini xatırladan Prezident qeyd edib: 

“Ancaq o qətnamələrə riayət edilmədi və bu gün həmin o tendensiya davam edir. Beynəlxalq hüquq işləməyəndə, imza o qədər də əhəmiyyətə malik olmayanda, sülhün qarantiyası yalnız gücdür”. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin