“Bizim Prezident Rəcəb Tayyib Ərdoğanla şəxsi dostluğumuz təkcə regionda deyil, dünyada məlum bir faktordur. Bu, regional inkişaf və sabitlik baxımından da çox mühüm bir faktordur”.
Bizim.Media xəbər verir ki, bu fikri iyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib.
MÖVZU İLƏ BAĞLI:
Prezident Şuşa Qlobal Media Forumunda çıxış EDİR – CANLI
Türkiyə ilə Azərbaycan xalqları arasında da münasibətlərin uzunmüddətli dostluq və qardaşlıq əlaqələri üzərində qurulduğunu vurğulayan dövlət başçısı deyib:
“Bu, çox gözəl təməldir və bizim ölkələrimiz məhz bu təməl üzərində inkişaf edir və bir-birini dəstəkləyir”, - deyə dövlət başçısı bildirib.
Bizim.Media