"Çar Rusiyası bizim bölgəyə gələndən sonra geopolitik dəyişiklər baş verdi.
Hər dəfə belə geopolitik dəyişiklər olanda biz torpaqlarımızı itirmişik. Bunun iki səbəbi var idi.
Biri Azərbaycanın daxilində gedən çəkişmələr digər isə geosiyasi balansın düzgün tənzimlənməməsidir."
MÖVZU İLƏ BAĞLI:
Eldar Namazov “DÜZDANIŞAQ”-da hansı həqiqətləri açdı? - VİDEO
Bizim.Media xəbər verir ki, bunu İTV-də yayımlanan “Diqqət Mərkəzi” verlişində politoloq Eldar Namazov söyləyib.
O əlavə edib ki, Çar Rusiyası Azərbaycana gələndə xanlıqlara bölünmüşdür. Onlar arasında da münasibətlər normal deyildir:
“İstənilən şəkildə müqavimət göstərə bilmədiyimiz üçün torpaqlarımız da işğal olundu.
Qızıl Ordunu əllərində gül - çiçəklə qarşılayan qüvvələrimiz var idi. Yenə də bizim itkilərimiz oldu. 1988-ci ildən 90-cı illərə kimi 5 il müddətində 5 dəfə hakimiyyət dəyişdi.
Hakimiyyəti belə dəyişən xalq necə güclü ola bilərdi? Ona görə də ölkə daxilində stabiilliyi qoruyub saxlamalıyıq. Regionda gərgin anlar yaşanır.
Vəziyyət bundan da pis ola bilər. Necə ki, 44 günlük müharibədə Azərbaycan xalqı bir oldu, bundan sonra da belə olmaq lazımdır”.
Bizim.Media