REAL-ın üzv siyahısı qəbul olunmadı - PARTİYA BURAXILACAQ?

Hazırda oxunan: REAL-ın üzv siyahısı qəbul olunmadı - PARTİYA BURAXILACAQ?

146628

Respublikaçı Alternativ Partiyasının Ədliyyə Nazirliyinə təqdim etdiyi 5100 nəfərlik üzv siyahısında, cəmi 463 nəfərin üzvlüyü keçərli sayılıb.

Bizim.Media xəbər verir ki, bu barədə REAL-ın sədri İlqar Məmmədov sosial şəbəkə hesabında yazıb.

"Ədliyyə Nazirliyindən REAL partiyası olaraq rəsmi cavab aldıq. Deyir, reyestrdə adlarını göstərdiyiniz üzvlərlə əlaqə saxladıq. 986 nəfər partiyaya üzv olmadığını bildirdi. Daha 1058 nəfərin telefon nömrəsi kimi ofisinizin nömrəsini göstərmisiniz, bunu isə məqbul saymırıq. 2527 nəfər barədə məlumatlar (adı, soyadı, doğum tarixi) Əhalinin Dövlət Reyestrində tapılmadı (yəqin hərf səhvi kimi səbəblərə görə). Nəhayət, 68 nəfərin adı təkrar gedib, 16 nəfər isə ölüb.  Beləliklə, Partiyamızın siyahısında cəmi 463 nəfərin adı “keçərli” oldu.
Qanuna əsasən növbəti 30 gün ərzində ya 4500+ nəfərin məlumatlarını “düzəltməli”, ya da eyni qədər yeni üzv toplamalı, ya da partiyanı buraxmalıyıq.

Bu həftə qərarımız haqda ictimaiyyətə məlumat verəcəyik".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin