Aslan Rubayev: "Rusiya Laçın yolu ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyir" - ÖZƏL 

Hazırda oxunan: Aslan Rubayev: "Rusiya Laçın yolu ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyir" - ÖZƏL 

146585

"Beynəlxalq Qırmızı Xaç Komitəsinin Qarabağda qanunsuz yüklərin daşınmasını həyata keçirməsi, ermənilərin maraqlarına uyğun addım atması düzgün deyil. Azərbaycan üçün də bu, haqlı səbəbdən qəbuledilməzdir".

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Avrasiya Problemləri Monitorinq Mərkəzinin direktoru, rusiyalı politoloq Aslan Rubayev deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyalı SİYASƏTÇİ: “Azərbaycan-Ermənistan sülh sazişi bu tarixdə imzalana bilər” – EKSKLÜZİV 


Qırmızı Xaç Komitəsinin qanunsuz addımını şərh edən Rubayev, Laçın sərhəd keçid məntəqəsinin bağlanmasını da düzgün addım kimi qiymətləndirib.

"Azərbaycan rəhbərliyinin kifayət qədər resursları, siyasi məharəti var ki, hər şeyi həll etsin. Azərbaycanın mövqeyini əksər xarici dövlətlər, o cümlədən Rusiya dəstəkləyir”, - deyə Rubayev bildirib.

Ekspert Ermənistanın təxribatlarının hərbi əməliyyatlara səbəb olması ehtimallarını da dəyərləndirib: 

“Əksər ölkələr hazırda Azərbaycanın tərəfindədir. Ona görə də Ermənistan müharibəyə başlamayacaq. Böyük dövlətlər Rusiya, ABŞ, Türkiyə bu gün Azərbaycanın tərəfində olduğu üçün yaxın gələcəkdə böyük hərbi əməliyyatların olacağına inanmıram. Proseslər danışıqlar ilə həll edilə bilər", - deyə A.Rubayev əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin