Ermənistanın Azərbaycan həqiqətlərini qəbul etməsi üçün bəhanəsi qalmayıb - VİDEO

Hazırda oxunan: Ermənistanın Azərbaycan həqiqətlərini qəbul etməsi üçün bəhanəsi qalmayıb - VİDEO

146558

“Brüssel görüşündə danışıqların istiqaməti Azərbaycanın şərtləri üzərində qurulub. Artıq proseslərin Ermənistan tərəfindən uzadılması üçün bəhanələr qalmayıb”.

Bizim.Media xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov Brüssel görüşünü şərh edərkən deyib.

Onun sözlərinə görə, bir daha hamı tərəfindən qəbul olundu ki, bölgədə sülhün əldə olunmasının tək yolu Ermənistanın bütün təxribatçı mövqeyindən geri çəkilərək Azərbaycanın haqlı tələblərini qəbul etməsinə bağlıdır.
Qeyd edək ki, bu görüş kommunikasiyaların bərpası və eləcə də Zəngəzur dəhlizinin istifadəyə verilməsi üçün zəmin yaradır. Görüşün yekununa dair keçirilən mətbuata açıqlamada Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bildirib ki, dəmiryolu xəttinin tikintisinə dərhal başlanılmalıdır, Avropa İttifaqı maliyyə töhfəsi verməyə hazırdır.

“Unutmamalıyıq ki, Brüsseldə normallaşma prosesi Azərbaycan və Ermənistan arasında aparılır, sülh müqaviləsi iki ölkənin müzakirə predmetidir.

Separatçıların təxribatlar törətdiyi zona isə Azərbaycanın ərazisidir. Separatçılara qarşı atıla biləcək addımlar, o cümlədən antiterror əməliyyatı Azərbaycanın daxili məsələsidir”,- deyə deputat vurğulayıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin