Müsavat Partiyasının başqanı Arif Hacılının növbəti açıqlaması partiyada yeni qalmaqala səbəb olub. Partiya sədrinin bu açqlamasına etiraz olaraq artıq bir sra tanınmış partiya üzvləri təşkilatı tərk etmək qərarına gəliblər.xa0
Bunlardan biri də “Yeni Müsavat”x9d qəzetinin tanınmış yazarı Elşad Paşasoydur. Müsavatdan istefa səbəblərini açıqlayan Elşad Paşasoy bildirib ki, onlar xa0Arif Hacılının nə zamansa özündə güc və cəsarət tapıb İsa Qəmbərdən sonra partiyada yaranan problemləri aradan qaldıracağına və itkiləri bərpa etmək üçün ciddi addımlar atacağına ümid ediblər.
“Partiyanın güclənməsi, itkiləri bərpa etmək, gedənlərin bir çoxunu geri qaytarmaq üçün addımlar atacağına ümid edirdik. Amma ümidlərimiz özünü doğrultmadı. Hər şeyin əksinin şahidi olduq”x9d- deyə, E. Paşasoy vurğulayıb.xa0
E.Paşasoy əlavə edib ki, yeni sədr Arif Hacılı təşkilatın güclənməsi əvəzinə “qılıncını”x9d siyirib, sağına- soluna baxmadan başladı doğramağa. “Partiyada gecəsini- gündüzünə qatıb təşkilat üçün canına qoyan şəxsləri bezdirib uzaqlaşdırdı. Partiyada baş verən proseslərə mövqe bildirənlərə qarşı amansız davrandı”x9d- deyə, E.Paşasoy deyib.xa0
Müsavat başqanının son açıqlamasını isə lüzumsuz və mənasız hesab edən jurnalist bildirib ki, indiki məqamda belə bir müzakirələrə ehtiyac yox idi. E. Paşasoy onu da əlavə edib ki, o, daxilən müsavatçıdır və müsavatçı olaraq da qalacaq:
“Əgər Arif Hacılı insanları küsdürüb pariyadan uzaqlaşdırmaqla hesab edirsə ki, kimlərsə müsavatçılıq ideologiyasından uzaqlaşırlar, bu, yanlış düşüncədir. Bizlər yenə də müsavatçı düçüncəsində olaraq alacağıq”x9d.
E. Paşasoy sonda “Yeni Musavat”x9d qəzetində çalışan digər yzarların da partiyadan istefa verəcəyini istisna etməyib: “Mən onların əvəzindən danışa biləmərəm. Bu, onların işidir. Hər bir şəxs öz qərarında azaddır”x9d.
Müsavat başqanı Arif Hacılı ilə xa0bu barədə əlaqə saxlasaq da, o, məsələyə aydınlıq gətirməkdən boyun qaçırıb. A. Hacılı Gununsesi.info-ya açıqlamasında sadəcə, bildirib ki, hazırda təşkilatın Məclisinin çağrılması ilə məşğuldur. “Bununla bağlı başqa zaman danışarıq”x9d- deyə,sözlərinə əlavə edib.
Qeyd edək ki, Müsavatın indiki başqanı Arif Hacılı jurnalist Əvəz Zeynallının “Qaynar Qazan”x9d layihəsinə danışarkən, xa0“Yeni Müsavat”x9d qəzetinə və onun təsisçisi Rauf Arifoğluna qarşı bir sıra xa0ittihamlar səsləndirib.(Gununsesi.info)

































































































