“Bugünkü görüş əvvəlki yüksəksəviyyəli görüşlərin davamıdır” – Şarl Mişel 

Hazırda oxunan: “Bugünkü görüş əvvəlki yüksəksəviyyəli görüşlərin davamıdır” – Şarl Mişel 

146431

Bugünkü görüşümüz məhsuldar oldu. Bu görüşümüz mayın əvvəlindən Ermənistan və Azərbaycan liderləri, baş nazirin müavinləri və xarici işlər nazirləri arasında Brüsseldə, Kişineuda, Vaşinqtonda, Moskvada intensiv və məhsuldar keçirilən yüksəksəviyyəli görüşlər silsiləsinin davamıdır. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel iyulun 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlamasında bildirib. 

O, Ermənistan və Azərbaycan liderlərinin sülh prosesinə sadiq qalmalarını təqdir etdiyini vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin