Şarl Mişeldən kommunikasiyaların açılması ilə bağlı AÇIQLAMA – VİDEO  

Hazırda oxunan: Şarl Mişeldən kommunikasiyaların açılması ilə bağlı AÇIQLAMA – VİDEO  

146429

Bu gün Brüsseldə keçirilən üçtərəfli görüşdə Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının və dəhlizlərinin blokdan çıxarılması məsələləri, xüsusilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında dəhliz məsələsi müzakirə olunub. 

Bizim.Media xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Brüsseldə Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanla görüşündən sonra mətbuata açıqlamasında məlumat verib. 

Aİ Prezidenti qeyd edib ki, tərəflər son iki ay ərzində regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası ilə bağlı danışıqlarda aşkar irəliləyiş əldə ediblər.

“Aİ Cənubi Qafqazda dəmir yolu rabitəsinin inkişafına maliyyə töhfəsi verməyə hazırdır”, - deyə Mişel əlavə edib. 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin