Azərbaycanla BMT arasında tərəfdaşlığın perspektivləri müzakirə EDİLDİ - FOTO

Hazırda oxunan: Azərbaycanla BMT arasında tərəfdaşlığın perspektivləri müzakirə EDİLDİ - FOTO

146274

Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov iyulun 14-də BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi xanım Vladanka Andreeva ilə görüşüb.

Nazirlər Kabinetindən Bizim.Media-ya bildirilib ki, ətraflı fikir mübadiləsi zamanı 2023-cü ilin sentyabr ayında baş tutacaq Dayanaqlı İnkişaf Məqsədləri (DİM) Sammiti və Sammit çərçivəsində dünya liderlərinin Zirvə Görüşündə təqdim ediləcək İnsanlar və Planet üçün Xilasetmə Planı ətraflı müzakirə olunub.

Ölkəmizdə DİM-lərin icrası, aparılan islahatlar və “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in reallaşdırılması istiqamətində layihələr və onların həyata keçirilməsinin insan kapitalının inkişafına töhfəsi xüsusilə vurğulanıb.
Bundan əlavə, Azərbaycan ilə BMT arasında müxtəlif sahələrdə tərəfdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin