Azərbaycan-Fransa Universitetində bu qədər tələbə oxuyacaq - RƏSMİ

Hazırda oxunan: Azərbaycan-Fransa Universitetində bu qədər tələbə oxuyacaq - RƏSMİ

146253
Fransız-Azərbaycan Universitetinə iyulun 27-də keçirilən xa0qəbul imtahanın nəticələri açıqlanıb.

Moderator.az xəbər verir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) keçirilən imtahanda 280 nəfər iştirak edib. Onlardan 120 nəfəri dövlət sifarişi, 40 nəfəri isə ödənişli əsaslarla UFAZ-ın tələbəsi olmaq imkanı qazanıb.

İmtahanı qazanan gənclər 31 iyul”“2 avqust 2016-cı il tarixlərində sənədlərini ADNSU-da təqdim etməli və UFAZ-ın tələbəsi adını təsdiqləməlidirlər. Bu proses avqustun 2-si saat 12:00-dək davam edəcək.

Qeyd edək ki, UFAZ 2016-2017-ci tədris ilindən ADNSU-nun binasında Azərbaycanda ən çox tələbat olan 4 ixtisas üzrə (kimya mühəndisliyi, kompüter elmləri, geofizika mühəndisliyi və neft-qaz mühəndisliyi) tədrisə start verəcək. Təhsil bütün ixtisaslar üzrə 1 il hazırlıq, 3 il əsas tədris müddəti olmaqla, 4 il davam edəcək. Tədris ingilis dilində aparılacaq. UFAZ məzunları iki diplom (Strasburq Universiteti və ADNSU) əldə edəcəklər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin