Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədovla görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş Xalid Əhədovun Türkiyəyə səfəri çərçivəsində baş tutub.
Yaşar Gülər görüş zamanı ölkələrimiz arasında əzəli və əbədi qardaşlıq bağlarının olduğunu bildirib.
“Bu günə qədər “İki dövlət, bir millət” anlayışı ilə getdiyimiz yolda bundan sonra qətiyyətli şəkildə yolumuza davam edəcəyik”, - nazir əlavə edib.
Bizim.Media