İyulun 14-ü saat 10:55 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Şuşa və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.
Bizim.Media-ya bu barədə MN-dən məlumat verilib.
Bundan başqa saat 13:39-dan 13-50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:55 / 14.07.2023
SON DƏQİQƏ: Şuşa və Xocalıdakı mövqelərimiz atəşə TUTULDU
Hazırda oxunan: SON DƏQİQƏ: Şuşa və Xocalıdakı mövqelərimiz atəşə TUTULDU
Hazırda oxunan: SON DƏQİQƏ: Şuşa və Xocalıdakı mövqelərimiz atəşə TUTULDU
146216
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.