"Azərbaycan xristianların sığına biləcəyi qaladır" - ABŞ mətbuatı YAZIR

Hazırda oxunan: "Azərbaycan xristianların sığına biləcəyi qaladır" - ABŞ mətbuatı YAZIR

146208

ABŞ-ın Ermənistandakı səfiri həqiqəti söylədiyinə görə qınanmamalıdır.

Bizim.Media xəbər verir ki, bu barədə tanınmış politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham “Azərbaycan: Qarabağda xristianlar üçün potensial qala” sərlövhəli məqaləsində yazıb.

Baş qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşən Xarici Siyasət Assosiasiyasının xəbər saytında dərc olunmuş məqalədə qeyd olunub ki, ABŞ-ın İrəvandakı səfiri Kristina Kuin Ermənistanın İctimai Televiziyasına müsahibəsində Qarabağdakı ermənilərin Azərbaycanın tərkibində təhlükəsiz şəkildə yaşaya biləcəklərini deyib:

“Biz inanırıq və ümid edirik ki, bu mümkündür. Fikrimizcə, bütün tərəflər bunun üçün birgə səy göstərməlidirlər. Birləşmiş Ştatlar bunun düzgün yanaşma olduğuna əmindir və tərəfləri hüququ, təhlükəsizliyin qorunmasını təmin etməyə çağırır. Artıq sözügedən tərəflər bunu bəyan ediblər. İndi məsələnin düzgün yolunu tapmaq qalır”.

Tanınmış politoloq məsələyə münasibət bildirərkən qeyd edib ki, ABŞ-ın Ermənistandakı səfiri sözügedən bəyanata görə Ermənistandakı bəzi ekstremist dairələrin kəskin reaksiyası ilə üzləşib, lakin bu, amerikalı diplomatın söylədiklərinin həqiqət olduğunu dəyişmir.
Bakıya etdiyi dörd səfər zamanı burada xristianların yaşayışına şəxsən şahid olduğunu vurğulayan müəllif öz dini ayinlərini həyata keçirməyə cəhd etdikləri üçün xristianları müntəzəm olaraq həbs edən və işgəncələrə məruz qoyan İran İslam Respublikası kimi ölkə ilə qonşuluqda yerləşən Azərbaycanı “xristianlar üçün qala” adlandırıb.

Bakıda fəaliyyət göstərən rus pravoslav və katolik kilsələrini ziyarət etdiyini bildirən jurnalist sözün həqiqi mənasında dünyəvi və multikultural Azərbaycan cəmiyyətində müxtəlif sahələrdə uğur qazanan xristianların sayının az olmadığını diqqətə çatdırıb.

Müəllif iki xalq arasında sülh bərqərar olduqdan sonra ermənilərin Qarabağda azərbaycanlılarla birgə yaşamasının heç bir problem doğurmayacağına əminliyini ifadə edib və buna misal olaraq yəhudilərin, bəhailərin, pravoslavların, udilərin, katoliklərin və digər qeyri-müsəlmanların Azərbaycanda müsəlman əhali ilə dinc yanaşı yaşamasına diqqət çəkib, sözügedən həqiqəti aşkar surətdə dilə gətirən ABŞ-ın Ermənistandakı səfirinin qınanmasına ciddi etirazını bildirib.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

//foreignpolicyblogs.com/2023/07/12/azerbaijan-a-potential-bastion-for-christians-in-karabakh/


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin