“BQXK-nin Xankəndi ofisi qaçaqmalçılıqla məşğuldur” – Vüqar İskəndərov 

Hazırda oxunan: “BQXK-nin Xankəndi ofisi qaçaqmalçılıqla məşğuldur” – Vüqar İskəndərov 

146174

“BQXK-nın Xankəndi ofisinin etdiyi hərəkət qəbuledilməzdir. Onlar münaqişəni törədənlərlə əlbir olub qaçaqmalçılıqla məşğul olur”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar İskəndərov səsləndirib.

“Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Xankəndi şöbəsinin fəaliyyəti nə beynəlxalq hüquqa, nə də komitənin nizamnaməsinə uyğundur.

Təşkilat unudur ki, Azərbaycan ərazisində hərəkət edir. Rəsmi Bakı dəfələrlə onlara təklif edilib ki, Xankəndinə Bakıdan getsin. 
Təşkilat bu təklifləri qulaqardına vurur. Ümid edirik ki, təşkilat hüquqazidd əməllər törədən əməkdaşlarına qarşı sərt tədbirlər görəcək”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin