Azərbaycan-Monteneqro dövlətlərarası əlaqələrinin inkişaf dinamikası bizi sevindirir. Bu gün ölkələrimiz arasında münasibətlərin, bir sıra sahələrdə, xüsusilə də energetika və nəqliyyat sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanlar var.
Bizim.Media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Monteneqronun milli bayramı münasibətilə monteneqrolu həmkarı Yakov Milatoviçə təbrik məktubunda ifadə edib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev Monteneqro Prezidentinə təbrik məktubu GÖNDƏRDİ
“İnanıram ki, ənənəvi dostluq əlaqələrimizi möhkəmləndirmək, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün birgə səylərimizi bundan sonra da davam etdirəcəyik”, - deyə məktubda vurğulanıb.
Dövlətimizin başçısı Prezident Yakov Milatoviçə möhkəm cansağlığı, işlərində uğurlar, dost Monteneqro xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıb.
Bizim.Media