İsrailin müdafiə naziri Bakıya NİYƏ GƏLİB? – Avigdor Eskindən EKSKLÜZİV AÇIQLAMA

Hazırda oxunan: İsrailin müdafiə naziri Bakıya NİYƏ GƏLİB? – Avigdor Eskindən EKSKLÜZİV AÇIQLAMA

145989

“İsrailin müdafiə naziri Bakıda terrorla mübarizə proqramlarını müzakirə edəcək. Bu, səfərin əsas məqsədlərindən biridir”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında israilli analitik Avigdor Eskin deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

İsrailin müdafiə naziri Azərbaycana GƏLDİ - FOTO


İsrailin müdafiə naziri Yoav Qalantın Bakı səfərini şərh edən analitikin sözlərinə görə, Bakıda tərəflər arasında bir sıra mühüm sənədlərin imzalanması gözlənilir:

“İsrail silah almaqla yanaşı, ölkəyə qarşı xarici təhdid planlarını aşkar etmək və onların qarşısını almaq üçün Azərbaycana yüksək texnologiyaların hazırlanmasında kömək edə bilər. Bu, xüsusilə İrandan gələn təhlükəyə aiddir.

Burada xüsusilə müdafiə texnologiyasından söhbət gedir. Bakı İranla konstruktiv münasibətlərdə maraqlıdır. Azərbaycanın hərbi qüdrətinin gücləndirilməsi yalnız İranla münasibətlərin normallaşmasına kömək edəcək”, - deyə Eskin bildirib.

Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin yaxın günlərdə keçirdiyi əməliyyata diqqət çəkən Eskin, İsrail səfirliyinə qarşı hücumun qarşının qətiyyətlə alındığını da qeyd edib:

“Bu günlərdə Bakıda İsrail səfirliyinə qarşı terror aktının qarşısı alınıb. Bir neçə ay əvvəl Azərbaycanın Tehrandakı səfirliyinə qarşı qanlı vəhşilik edilib. Hər iki situasiyada İran rejiminin əsas siyasi alətlərindən biri olan terrordan söhbət gedir. İran rejimi terror metodundan uzun illərdir istifadə edir. Bu iki hadisə ölkələrimizin təhlükəsizliyinə İran tərəfindən təhdid olduğunu göstərir”.

Tehran Orucoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin