Maksim Şevçenko: "Azərbaycanı itirən ermənilərə görə də üzgünəm"

Hazırda oxunan: Maksim Şevçenko: "Azərbaycanı itirən ermənilərə görə də üzgünəm"

14598

"YouTube" kanalında (düzdanışaq) İsmayıl Cəlilovun suallarını cavablandıran Rusiyalı ictimai xadim, siyasətçi, jurnalist Maksim Şevçenko maraqlı açıqlamaları ilə yadda qalıb.

Bizim.Media xəbər verir ki, "özünüzü azərbaycanpərəst sayırsınızmı" sualına populyar bloqqerin cavabı belə oldu:
 

MÖVZU İLƏ BAĞLI:

“Qarabağın kimin ərazisi olduğunu, Azərbaycan əsgərindən soruşun, o, izah edəcək”- M. Şevçenko - VİDEO 


"Mən həqiqət tərəfdarıyam. Düşünürəm ki, Yeltsin hökumətinin dəstəyi ilə yarıfaşist erməni silahlılarının Azərbaycan torpaqlarını işğal etməsi insan hüquqları və haqq-ədalətin pozulması idi. Boris Yeltsindən qabaq Qorbaçov da erməniləri dəstəkləyirdi.

Ermənilər 80-ci illərdən başlayaraq azərbaycanlılara qarşı terror, qətliam və deportasiyalar reallaşdırıb.

Əslən Ermənistan SSR, İrəvandan olan azərbaycanlı dostlarım var. Onlar ermənilərin bu siyasəti nəticəsində ana vətənlərini itiriblər.

Düzü, Azərbaycanı itirən ermənilərə görə də üzgünəm. Əsasən də Bakı, Sumqayıt və Gəncə kimi şəhərlərdə azərbaycanlılarla mehriban şəraitdə yaşayan ermənilər bunu (müharibə, köç) istəmirdi.

O qədər fakt bilirəm ki, azərbaycanlılar dostluq etdiyi qonşuları olan ermənilərə Ermənistana köçmək üçün (1989-1994) yardımçı olurdular.

Azərbaycanlılar dədə-baba torpaqlarını, əcdad məzarlıqları olan yerləri ermənilərin etnik təmizləmə siyasəti fonunda tərk edirdilər. Mən istənilən etnik təmizləmədən iyrənirəm. Bundan dolayı bilirdim ki, həqiqətən Azərbaycan xalqının tərəfindədir.

Ədalətin bərqərar olması üçün Qarabağ işğaldan azad olunmalıydı..."

Şevçenko çıxışının davamında Prezident İlham Əliyevin müdrik qərar və çıxışlarına da toxunub.

Bildirib ki, son 30 ildə xalqlar arasında baş verənlərə rəğmən Azərbaycan Prezidenti Qarabağda yaşamaq istəyən ermənilərə tamhüquqlu vətəndaşlıq təklif edib. Bu isə xalqlar arasında inteqrasiyanın mümkün ikinci variantından xəbər verir.

Şevçenko ruslarla ermənilər arasındakı xristian birliyinə aid suala cavabda bu iddianı ermənilərin propoqandası adlandırır. Çünki ruslar pravoslavdır və dini yaxınlıq gürcülərlədir.

Qriqoryanla pravoslavın həmrəyliyini məntiqsiz adlandıran Maksim bunu Çar Rusiyasının planı adlandırdı.

Belə ki, Türkiyə və İrana qarşı vuruşan ruslar xristianlıq bəhanəsi ilə ermənilərdən istifadə edib.
"Yerigəlmişkən, İran dediyim ərazini də həmin vaxt türklər - Qacarlar idarə edirdi".

II Qarabağ savaşını yeni tip müharibə adlandıran Şevçenko Azərbaycan ordusunun 30 il irəlilədiyini, Ermənistan silahlı qoşunlarının isə 30 il gerilədiyini dedi.

"Onlar hər yolla Azərbaycanı təhrik etmək istəyirdilər ki, savaş Ermənistan ərazisinə girsin və KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) işə düşsün. Bu səbəbdən ermənilər Naxçıvan sərhədlərinə atəş açmaqla provokasiya edirdilər ki, muxtar respublikadan cavab gəlsin.

Amma belə başa düşürəm ki, Azərbaycanın Ali Baş Komandanı belə təxribatlara aldanmamağı tapşırmışdı",- deyə Maksim Şevçenko məsələyə münasibət bildirib.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin