“Paşinyan sözdə ərazi bütövlüyümüzü tanıyır, sənəddə isə...” – Fərhad Məmmədovun ŞƏRHİ

Hazırda oxunan: “Paşinyan sözdə ərazi bütövlüyümüzü tanıyır, sənəddə isə...” – Fərhad Məmmədovun ŞƏRHİ

145892

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Ermənistanın Azərbaycan ərazisini Qarabağ və anklav kəndlərimiz daxil olmaqla rəsmən tanıdığını bildirib. 

"Son müsbət məqamlardan biri odur ki, Ermənistan tərəfinin mövqeyində müsbətə doğru hərəkət var. Əgər keçən ilin oktyabrında Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərini qəbul etmişdirsə, bu ilin may ayında daha irəli gedərək artıq Azərbaycan ərazisinin parametrlərini də, o cümlədən Qarabağ və anklav kəndlərimiz daxil olmaq şərtilə rəsmən tanıyıb”, - deyən dövlətimizin başçısı diqqətə çatdırıb ki, bu, müsbət hal kimi qiymətləndirilməlidir. İndi sıra gəlib çatıb ki, eyni sözlər kağız üzərində də öz təsdiqini tapsın, imzalar atılsın və münasibətlər yaradılsın. 

Yekun sülhə doğru son addımlar nə olmalıdır? 

Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov bildirir ki, yekun sülhə doğru son addımlar olaraq Ermənistan tərəfi Azərbaycanın Qarabağ və anklav kəndləri daxil ərazi bütövlüyünü tanıdığı barədə verdiyi açıqlamaları sənədlərlə təsdiqləməlidir:
 

MÖVZU İLƏ BAĞLI:

Sülh müqaviləsinin mətni hələ imzalanmağa hazır deyil - Paşinyan


“Ermənistanın Azərbaycan ərazisini Qarabağ və anklav kəndlər daxil olmaqla tanıdığını bildirməsi fonunda, yekun sülhə doğru son addım olaraq həmin məqamları konkret sənəddə təsdiqləyib, imzalamaq və onu ratifikasiya edib, qəbul etmək lazımdır. Bu prosesin tərkib hissəsidir. 

Ərazi bütövlüyü prinsipi Ermənistan Azərbaycan münasibətlərində münaqişə səviyyəsindən normal münasibətlərə keçid kimi dəyərləndirilir. Yəni tərəflər bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşırlar. Belə olan halda, həm Azərbaycan öz ərazisilə bağlı zəmanət alır, həm də Ermənistan. Həmin prinsip münasibətlərin normal müstəviyə keçməsinə xidmət edir. 
Hazırki situasiyada Paşinyan sadəcə olaraq sözdə belə bəyanatlarla çıxış edib. Amma hələ ki, bu sənəd formasında öz təsdiqini tapmayıb. Ona görə də Azərbaycan Prezidenti bildirdi ki, münaqişə müstəvisindən, normal münasibətlər müstəvisinə keçid etmək üçün sülh sazişi ən yaxın gələcəkdə imzalanmalıdır”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin