“Mənim uzun illər dediyim sözlər bu gün əyani şəkildə özünü büruzə verir. Dünyanın müxtəlif yerlərində beynəlxalq hüquq işləmir. Beynəlxalq hüquqa, beynəlxalq təşkilatların qərarlarına, qətnamələrinə bel bağlamaq olmaz”.
Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib.
MÖVZU İLƏ BAĞLI:
Prezidentin sədrliyi ilə müşavirə KEÇİRİLDİ - FOTO
Ölkəmizin həmişə hüququn, o cümlədən beynəlxalq hüququn tərəfdarı olduğunu diqqətə çatdıran dövlət başçısı deyib ki, biz həmişə ədalətin tərəfdarı idik, bu gün də ədalətin və beynəlxalq hüququn tərəfdarıyıq, beynəlxalq müstəvidə bu mövqeyi müdafiə edirik.
Bizim.Media