"Azərbaycanın qeyri-neft sənayesi 6,5 faiz artıb" - İlham Əliyev 

Hazırda oxunan: "Azərbaycanın qeyri-neft sənayesi 6,5 faiz artıb" - İlham Əliyev 

145701

"Azərbaycanın qeyri-neft sənayesi 6,5 faiz artıb və qeyri-neft sektoru, ümumiyyətlə, 3 faizdən çox artıb. Bununla bərabər, bizim maliyyə vəziyyətimiz böyük dərəcədə yaxşılaşıb. 

Bizim.Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə söyləyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Prezidentin sədrliyi ilə müşavirə KEÇİRİLDİ - FOTO


Ölkənin maliyyə vəziyyətinin yaxşılaşmasını təmin edən amillər arasında dövlət başçısı, ilk növbədə, maliyyə sektorundakı nizam-intizamın möhkəmləndirilməsini, vergi və gömrük orqanlarında islahatların davam etdirilməsini, şəffaflığın təmin olunmasını qeyd edib.

“Bütün bu amillər imkan verdi ki, ilin ortasında biz büdcəyə yenidən baxaq və dürüstləşmə aparaq. Bu, çox sevindirici haldır, çünki proqnozlardan xeyli dərəcədə böyük vəsait toplanmışdır”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin