BQXK-yə XƏBƏRDARLIQ – “Erməni icmasına yardım Azərbaycandan APARMALIDIR”

Hazırda oxunan: BQXK-yə XƏBƏRDARLIQ – “Erməni icmasına yardım Azərbaycandan APARMALIDIR”

145664

Təəssüf ki, Azərbaycanın Qarabağ bölgəsində humanitar məsələləri həll etməli olan Beynəlxalq Qırmızı Xaç Komitəsi qanunları pozaraq qaçaqmalçılıq fəaliyyətilə də məşğul olurlar. 

Dövlət Sərhəd Xidmətinin məlumatına görə, Ermənistan Respublikası ilə dövlət sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsi fəaliyyətə başladığı tarixdən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus nəqliyyat vasitələrinin dövlət sərhədindən hərəkətinə lazımi şərait yaradılıb, müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçməklə dövlət sərhədindən buraxılıb.

Buna baxmayaraq, ötən müddət ərzində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən BQXK-ya aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanıb. 

Bu barədə BQXK-ya rəsmi kanallar vasitəsilə xəbərdarlıq edilməsinə baxmayaraq, qanunazidd əməllər təkrar olunub və onların aradan qaldırılması üçün zəruri addımlar atılmayıb.

BQXK-ya məxsus olan və tibbi təxliyyə həyata keçirən nəqliyyat vasitələrindən qaçaqmalçılıq üçün istifadə edilməsi Azərbaycan Respublikasının qanunlarının kobud şəkildə pozulması faktları olmaqla yanaşı, həm də ölkəmizin humanitar təşkilat olan BQXK-ya olan etimadından sui-istifadə olunmasıdır.

Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirir ki, BQXK-dən erməni icmasına yalnız Azərbaycan ərazisindən keçməklə humanitar yardım göstərməsini qəti şəkildə tələb etməyin artıq vaxtı çatıb:
 

MÖVZU İLƏ BAĞLI:

DSX ermənilərin “Laçın” məntəqəsində qanunsuz əməllərinin qarşısını alıb - TƏFƏRRÜAT


“BQXK hər zaman öz nizamnaməsində əks olunan prinsiplərdən kənara çıxıb. Qurum, xüsusən də, istər 30 illik münaqişə, istər 44 günlük müharəbə, istirsə də postmüharibə dövründə əsir düşmüşlərə, humanitar yardıma ehtiyacı olanlara bərabər yanaşmayıb. Onun bu sayaq anti-humanitar missiyası yenə də davam edir.

Bu günlərdə Azərbaycanın Laçın keçid-buraxılış məntəqəsində BQXK-nın qaçaqmalçılıq fəaliyyətilə məşğul olduğu bir daha ortaya çıxdı. 

Azərbaycan tərəfi uzun müddətdir quruma təklif edir ki, ölkəmizdə yaşayan ermənilərə məhz Azərbaycan ərazisindən keçməklə humanitar yardım edilsin. Ancaq BQXK bundan imtina etdi. İndi isə onların imtina etməsinin səbəbi bəlli olur. Bəlli olur ki, humanitar fəaliyyətdən kənara çıxan addımlar atırlar. 
Ona görə də bu pislənməlidir. Belə olan halda yalnız Azərbaycanın öz ərazisindən, Gəncə, Ağdam, yaxud Füzuli istiqamətindən keçməklə erməni icması ilə bağlı BQXK-nin nizamnaməyə uyğun fəaliyyətlərini davam etdirməsini qəti tələb etməyin artıq vaxtı çatıb. Əks təqdirdə, yenə də qurum tərəfindən bu cür qaçaqmalçılıq fəaliyyətinin şahidi olacağıq”.

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin