Bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsi qaçaqmalçılıqla məşğuldur.
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qərbi Azərbaycan İcmasının sədr müavini, deputat Hikmət Babaoğlu deyib.
“Nəticə etibarilə, onların Azərbaycan ərazisinə gəlişi qeyri-qanunidir. Mənə elə gəlir ki, BQXK-nin Ermənistandan keçərək Azərbaycan ərazisinə gəlməsinə qadağa qoyulmalıdır", - deyə o, əlavə edib.
Xatırladaq ki, Ermənistan Respublikası ilə dövlət sərhədində “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsi fəaliyyətə başladığı tarixdən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus nəqliyyat vasitələrinin dövlət sərhədindən hərəkətinə lazımi şərait yaradılıb, müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçməklə dövlət sərhədindən buraxılıb.
Dövlət Sərhəd Xidmətindən bildirilib ki, buna baxmayaraq, ötən müddət ərzində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən BQXK-ya aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:45 / 11.07.2023
Beynəlxalq Qırmızı Xaç Komitəsi qaçaqmalçılıqla məşğuldur - Millət vəkili
Hazırda oxunan: Beynəlxalq Qırmızı Xaç Komitəsi qaçaqmalçılıqla məşğuldur - Millət vəkili
Hazırda oxunan: Beynəlxalq Qırmızı Xaç Komitəsi qaçaqmalçılıqla məşğuldur - Millət vəkili
145641
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.