“Bütün dövlətlər çökdürülməlidir, hətta ABŞ da..”x9d ”“ ŞOK İDDİA

Hazırda oxunan: “Bütün dövlətlər çökdürülməlidir, hətta ABŞ da..”x9d ”“ ŞOK İDDİA

145534
Amerikadan başlamış xa0Türkiyəyə, Türkiyədən Orta Asiyayadək xa0niyə məhz polislərin qətlə yetirilməsinin sirri açılır...

Türkiyədəki son qanlı qiyam olayları xa0regionda və ümumiyyətlə, planetdə iqtisadi-siyasi düzənə böyük təsir göstərmək gücündədir. Türkiyə dövlətçiliyi növbəti bir təhlükədən qurtardı. Ancaq bu xa0olaylardan öncəki və sonrakı hadisələri izləsək, görərik ki, dövlət sistemlərinə xa0son qəsd cəhdləri yalnız Türkiyədə deyil, ABŞ-dan. Avropadan tutmuş Orta Asiyayadək geniş bir məkanı əhatə etməkdədir. Amerikanın Dallas şəhərində xa05 polisin qətlindən sonra sanki bütün dünyada növbəti qeyri-sabitlik dalğası başladı. İyulun 14-də Fransanın Nitsa şəhərindəki terakt, 16-da Türkiyədəki xa0çevriliş təşəbbüsü, ertəsi gün Ermənistan, o biri gün Qazaxıstanda polis bölmələrinə hücumlar... Bütün bunlar təsadüfdurmü? Özü də maraqlıdır ki, əksər olaylarda polislər hədəfə alınır. Amerikada 5, Türkiyədə xa041, İrəvanda 1, Qazaxıstanda 3 və s. polis öldürülüb... Maraqlıdır, niyə hər yerdə məhz polislər hədəfə alınır? ABŞ, Fransa, Türkiyə, Ermənistan, Qazaxıstandakı və s. hadisələrin biri-biri ilə bağlılığı nədədir?

Əksər dövlətlərin xa0borclu olduğu adamlar kimlərdir?


Bu və digər suallarla adının çəkilməsini istəməyən məxfi ekspert-konspiroloqa müraciət etdik.

-Sizcə, Dallasdan tutmuş Ankaraya, Ankaradan Alma-Atıyadək polisə hücumların arxasında nə dayanır?

-Öncə onu söyləyim ki, xa0konspiroloqların yekdil fikrincə, son onilliklərdə dünyadakı xaotik, anlaşılmaz, qanlı olay və proseslər eyni mərkəzlərdən idarə olunur və bir məqsədə yönəldilib: Yeni Dünya Düzəni və Vahid Dünya Dövləti qurmaq. xa0Bu prosesdə əsas rolu xa0transmilli xa0Rotşild və Rokfeller klanları oynayır. Buna inanmaq istəməyənlərə yalnız bri rəqəmi xatırladıram. Son hesablamalara görə, təkcə Rotşildlər ailəsinin dünya üzrə varidatı 300 trilyon dollardan çoxdur... Əgər əlində cəmi bir neçə milyon manat cəmlənmiş adi bir icra başçısı 100 mindən artıq sakini olan bütöv bir rayonu istədiyi kimi “fırlada”x9d bilirsə, xa0100 trilyonların sahibinin nələr edə biləcəyini təsəvvür etmək xa0çətin deyil. İkincisi, əksər dövlətlər, eləcə də ABŞ, Rusiya kimi nəhənglər kimə borcludur? 1913-cü ildən bəri xa0bankları vasitəsilə ABŞ-ı faktiki özəlləşdirmiş Rotşild və Rokfellerlərə. xa0 Bu ilin mart və xa0mayında 78 yaşlı Qleb Rotşild Rusiyadan borcunu öz dili ilə istədi. xa0Aparıcı KİV-də yayılmış faktı artıq heç kəs dana bilməz. Eyni zamanda o, dünya ölkələrini İkinci Cahan Savaşından bəri bəşəriyyətin xa0ən dərin böhran dövrünü keçirməsi haqda xəbərdar edərək ehtiyatlı(?!) olmağa səslədi. xa0Doğrudur, ABŞ Federal Ehtiyat Sisteminə əsas nəzarəti Rokfellerlər həyata keçirib. Amma daha çox maliyyənin Rotşildlərin əlində cəmlənməsi xa0bu klanı daha güclü edir. xa0

Hər iki klanın məqsədi bütün xalq və dövlətləri çökdürməkdir...


Elə dünyadakı hadisələri də bu iki nəhəngin ümumi və xa0bir-birinə zidd maraqları yönəldir. Hər ikisinin məqsədi xa0satanizmə, bütpərəstliyə dayanan Vahid Dünya Dövləti qurmaq olsa da, yanaşmalar müxtəlifdir. Rotşildlər daha radikal yol tutubsa, Rokfellerlər nisbətən loyal mövqedədir. Rotşildlərin planına görə planetdəki irili-xırdalı bütün dövlətlər tədricən sarsıdılaraq çökdürülməli və yalnız BMT, BVF, Dünya Bankı və s. xa0tərəfindən idarə olunan xa0tam zəiflədilmiş xa0bəzi yerli xa0kapital sahiblərinin şəbəkələri qalmalıdır. Sonda diz çökdürülmüş bütün ölkə insanlarının “yalvarışıy”x9dla, “çoxsaylı xahişləriylə”x9d Vahid Dünya Dövləti qurulmalıdır. Rokfeller isə əksinə, dövlətçilik və milli dəyərləri gücləndirərək müxtəlif dövlətləri biri-birinə qarşı qoymaqla, yəni “parçala-hökm sür”x9d prinsipi ilə getmək istəyir. Bir çox ölkələrdə, o cümlədən Azərbaycanda milli dəyərlərin təbliği ilə paralel, multikulturalizm, tolerantlıq kimi tezislərin ortalığa atılması, bu prosesləri kurasiya edən ayrıca nazirliklərin yaradılması və s. daxili tələbatla yanaşı, həm də deyilənlərin nəticəsidir. Amma son nəticədə Rokfeller və Rotşildlər biri-birinin əlinə oynayır. Yəni, məqsəd birdir- bütün xalqlar əriməli, bütün dövlətlər məhv olmalıdır ki, Vahid Dünya Dövləti qurulsun. Sadəcə, bir yol milli və ya dini dəyərləri həddindən artıq şişirdilməsi, digər yol isə xa0həddindən aşağı gözdən salınmasıdır. Yəni, İslam təbirincə desək, ifrat və təfrit. Məsələn, ifrat millətçilik, türkçülük, “türkün türkdən başqa dostu yoxdur”x9d kimi şüarlar xa0da türk xalqlarını məhvə aparır, öz dəyərlərini unudub həddindən artıq avropalaşmaq, kosmopolitləşmək də. Təsəvvür edin ki, bir ölkənin yarısı ifrat milliləşir, digər yarısı isə ifrat kosmopolitləşir. Sonda həmin iki xətt tərəfdarları arasında qarşıdurma baş verməli, bu da xaosa gətirib çıxarmalıdır. Türkiyəni, hətta Avropa ölkələrini də, eləcə də gündən-günə sakinləri aqressivləşən ABŞ-ı da məhz bu yolla xaosa sürükləmək xəttinin yeridilməsi göz qabağındadır.xa0

Rotşild və Rokfellerlər ABŞ-dan niyə daşınırlar?


Onu da xatırladım ki, son məlumatlarımıza görə, Rotşild və Rokfelerlər ötən ildən bəri öz kapittallarını ABŞ-dan çıxarıb Rusiya və Çinə daşımaqdadırlar. xa0Bu və son 8 ildə ABŞ-da Obama kimi qeyri-xarizmatik bir liderin hakimiyyətdə olması fonunda Rusiyada V.Putin, Türkiyədə R.T.Ərdoğan kimi güclü liderlərin yetişməsi qlobal güclərin “dünya mərkəzi”x9dnin Amerikadan Avrasiyaya keçirmək planının göstəricisidir. Və onlar bu yayın sonu və payızda Vahid Dünya Dövlətinin yaradılması istiqamətində xa0həlledici addımlar atmalıdırlar. Türkiyədə və keçmiş sovet məkanındakı xatırlatdığımız son olaylar da bu prosesin simptomlarıdır...xa0

Dövlətlərin əsas mühafizəçiləri polis sistemləridir...


-Belə çıxır ki, son onilliklərin silsilə çevrilişləri, rəngli inqilabları, “ərəb baharı”x9d, o cümlədən Türkiyədəki son xa0hərbi qiyam xa0əsasən Rotşildlərin kurasiyası altında baş verməkdədir?

-Elədir. xa0Öncə dediyim kimi, Rotşildlərin planına görə, bütün dövlətlər hətta ABŞ və Britaniya da çökdürülməlidir. Bunların simptomları artıq sezilməkdədir. “Demokratik”x9d, “avtoritar”x9d adlandırılmasından asılı olmayaraq əksər dövlətlərin əsas mühafizəçisi kimlərdir? Təbii ki, polislər? Odur ki, ilk zərbələr onlara dəyməlidir və dəyir də... Dövləti sarsıtmaq üçün öncə onun polisi, ordusu və təhlükəsizlik sistemi zəiflədilməli, gözdən salınmalıdır. Polislərə hücumlar artıq 90-cı illərdən geniş vüsət almaqdadır. 2001-ci ilin 11 sentyabrında Nyu-Yorkdakı məlum teraktda 54 Amerika polisinin ölməsi dövlətçilik sisteminə qarşı hücumun növbəti ən güclü mərhələsinin başlanğıcıydı. 7 xa0iyulda Amerikanın Dallas şəhərində xa0qaradərililərin etiraz aksiyalarından sonra baş verən polis qətllərindən isə bu ilki sərt dalğa başlayır. xa0Maraqlıdır ki, Dallas 1963-cü xa0ildə ABŞ prezidenti Con Kennedinin bu günədək sirri açılmayan müəmmalı qətlinin baş verdiyi şəhərdir. 2015-2016-cı illərdə ABŞ-da iş başında 120-dən çox polis qətlə yetirilib. İyulun 15-də Nitsadakı terror aktının da xa0polisin qorumalı olduğu sabitliyin pozulmasına yönəldiyini nəzərə alsaq, bu da polis sisteminə hücum kmi dəyərləndirilə bilər. İyulun 16-da Türkiyədəki dövlət çevrilişi cəhdi zamanı 41 polis şəhid oldu. xa0İyulun 17-də Ermənistanda, 18-də Qazaxıstanda və s. polis qətlləri xa0seriyanın davamıdır. Və hələ xa0bu xəmir çox su aparacaq... Odur ki, bu gün dünyada sabitliyi nisbi də olsa, qoruyub saxlamaq üçün hər bir Adəm övladından istənilən situasiyada təmkin, səbir və ağılla davranmaq tələb olunur...

Bu günkü xaos içində qıvrılan İraq yaxşıdır, yoxsa Səddam dövründəki?...

-Bəs xa0xaosun hər tərəfdən üstümüzə sel kimi gəldiyi indiki dövrdə avtoritar rejmlərin, diktatorların idarə etdiyi ölkələrin, xa0o cümlədən müsəlman ölkələrinin vətəndaşları hansı mövqedə dayanmalıdır?

-Bütün səmavi dinlərdə iki şərdən ən zərərsizini seçmək prinsipi var. Hədislərdə deyilir xa0ki, ölkəni fitnə-fəsadın bürüməsindənsə, zalım hökmdara tabe olmaq yaxşıdır. İraq xalqı üçün bu günkü xaos içində qıvrılan ölkə yaxşıdır, yoxsa Səddam Hüseyn dövründəki? Bu gün xa0Səddamı amerikanların asmasına şərait yaratmış iraqlıların, Qəddafini vəhşicəsinə, min əzabla qətlə yeturmiş liviyalıların və s. durumu və peşimançılığı göz önündədir...

Sultan Laçınxa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin