Prezidentdən Özbəkistanla münasibətlərin inkişafı ilə bağlı mühüm AÇIQLAMA

Hazırda oxunan: Prezidentdən Özbəkistanla münasibətlərin inkişafı ilə bağlı mühüm AÇIQLAMA

145508

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti vəzifəsinə keçirilən növbədənkənar seçkilərdə qazandığı parlaq qələbə münasibətilə Şavkat Mirziyoyevə təbrik məktubu ünvanlayıb. 

Bizim.Media xəbər verir ki, dövlət başçısı səsvermənin nəticələrinin milli iradənin ifadəsinin, Özbəkistan vətəndaşlarının Şavkat Mirziyoyevə olan sonsuz etimadının, inamının və hörmətinin, onun Özbəkistanın hərtərəfli inkişafı, rifahı və tərəqqisi naminə yürütdüyü siyasi xəttə geniş xalq dəstəyinin bariz təzahürü olduğunu qeyd edib. 

“Biz ortaq tarixi-mədəni köklər, qardaşlıq kimi möhkəm təməllər üzərində qurulmuş Azərbaycan-Özbəkistan münasibətlərinin hərtərəfli inkişafına böyük əhəmiyyət veririk. Xalqlarımızın iradə və məramından qaynaqlanan, qarşılıqlı inam və dəstəyə əsaslanan dövlətlərarası əlaqələrimizin bugünkü səviyyəsi, tərəfdaşlığımızın yüksələn xətlə inkişaf etməsi xüsusi məmnunluq doğurur”, - deyə dövlət başçısı vurğulayıb. 
Son dövrdə ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasının, qarşılıqlı faydalı əməkdaşlığın inkişafında yeni istiqamətlərin müəyyənləşdirilməsinin sevindirici hal olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev bildirib: 

“Əminəm ki, birgə səylərimizlə qardaş ölkələr və etibarlı tərəfdaşlar olan Azərbaycan ilə Özbəkistan arasında ənənəvi dostluq münasibətlərinin inkişafına, çoxşaxəli əməkdaşlığın genişlənməsinə, strateji tərəfdaşlığın daha da dərinləşməsinə nail olacağıq”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin