Hikmət Hacıyev: "Heydər Əliyev Naxçıvanı Qarabağın aqibətini yaşamaqdan xilas etdi"

Hazırda oxunan: Hikmət Hacıyev: "Heydər Əliyev Naxçıvanı Qarabağın aqibətini yaşamaqdan xilas etdi"

145439

"Zamanında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ali təhsil alan kadrlar bu gün də dövlətçiliyin inkişafına öz töhfələrini verirlər". 

Bizim.Media xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iyulun 10-da ADA Universitetində keçirilən "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın xarici siyasəti" adlı konfransda çıxışı zamanı deyib. 

O bildirib ki, 1987-1990-cı illərdə Ulu Öndərə qarşı təzyiqlər olub:

"Həmin dövrün sənədlərinə baxdıqda məlum olur ki, Heydər Əliyevin fiziki cəhətdən məhv edilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirilib. Ancaq istəkləri baş tutmadı". 

H.Hacıyev qeyd edib ki, tarixçilər öz araşdırmalarında bəzən ermənilərin yalnız Qarabağı öz ərazisi kimi təqdim etməsini vurğulayır: 

"Lakin tarixçilər araşdırmalarında nəzərə almalıdır ki, onlar nəinki Qarabağı, eləcə də Naxçıvanı Ermənistana birləşdirməklə oranı Şərqi Ermənistan kimi təqdim etmək istəyirdilər. Heydər Əliyevin Naxçıvana gəlməsi ilə onların bu istəyi də baş tutmadı. O, Naxçıvanı Qarabağın aqibətini yaşamaqdan xilas etdi". 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin