"İran qonşu ölkədir. Azərbaycan həmişə İranla münasibətlərin müsbət inkişafında maraqlı olub".
Bizim.Media xəbər verir ki, bunları Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, son zamanlar tərəflər arasında gərginlik olub:
"Bunun ciddi səbəbləri var. İranın xarici işlər nazirinin səfərini müsbət qiymətləndiririk. Səfər zamanı münasibətləri açıq müzakirə etmək imkanı oldu. İranın münasibətlərin normallaşması istiqamətində ciddi addım atmaq niyyətini hiss edirik. Azərbaycan da adekvat addımlar atacaq".
Bizim.Media