Bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bakının Sabunçu rayonunda yeni inşa olunan “N” saylı hərbi hissəsinin açılışında iştirak edib.
MÖVZU İLƏ BAĞLI:
Prezident Daxili Qoşunların “N” hərbi hissəsinin açılışında iştirak edib - FOTO
Bizim.Media-nın məlumatına görə, hərbi hissənin açılışı zamanı Prezident, Ali Baş Komandan İlham Əliyev Daxili Qoşunların xüsusi təyinatlıları üçün nəzərdə tutulan silah-sursata və kütləvi iğtişaşların dağıdılmasında istifadə olunan texnikaya və komendant postlarına baxıb.
Bu postlar işğaldan azad olunmuş ərazilərdə xidmət aparmaq üçün hazırlanıb.
Bizim.Media