Sülhməramlılar separatçıları yeni təxribata hazırlaşdırır – VİDEO 

Hazırda oxunan: Sülhməramlılar separatçıları yeni təxribata hazırlaşdırır – VİDEO 

145210

Azərbaycan ərazisi olan Qarabağda müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələri ara-sıra hərbi təlimlər də keçirlər. Amma maraqlısı odur ki, rus sülhməramlıları son zamanlar bu təlimlər zamanı separatçıların hərbi bazalarından istifadə edirlər. Dünən növbəti dəfə onlar öz təlimlərini məhz separatçıların hərbi bazasında təşkil ediblər.

Bizim.Media-ya açıqlama verən hərbi ekspert Üzeyir Cəfərovun fikrincə, rus sülhməramlılarının separatçıların hərbi bazasında təlim keçməkdə məqsədi əslində elə separatçıların özlərini yeni təxribatlara hazırlaşdırmaqdan ibarətdir:

“Onlar bununla separatçıları yeni təxribatlara və Azərbaycan Ordusuna qarşı müəyyən hərəkətlərə sürükləyirlər. Rus dəstələri Xocalıda da separatçılara təlimlər keçiblər. Separatçılar 10 noyabr bəyannaməsinə görə, silahı yerə qoymalı olduğu halda, sülhməramlılar onlara təlim keçir. Son günlər baş verən bu hadisələr onu deməyə əsas verir ki, yaxın zamanlarda ərazidə böyük miqyaslı toqquşma qaçılmazdır.
Ona görə də rus sülhməramlıları təlimləri separatçıların hərbi bazasında təşkil edirlər. Bununla Rusiya sülhməramlı dəstələri növbəti dəfə sülhməramlı missiyadan kənara çıxırlar. Onlar çalışır ki, separatçılar özlərini narahat hiss etməsin və dediklərini yerinə yetirsinlər. Paşinyanın Putinlə telefon danışığı, Arutyunyanın Putinə məktubları onu deməyə əsas verir ki, yaxın zamanlarda ermənilər yenidən müəyyən təxribatlara gedəcəklər”.  

Rüfət Sultan, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin