“ Hörmətli Rusiya Prezidenti Vladimir Putinlə müzakirələrimiz baş tutdu. Azərbaycanla bağlı prosesi dəyərləndirdik”.
Bizim.Media xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin iclasında deyib. O, Putinlə ötən gün baş tutan telefon danışığından da söz açıb:
“Dedik ki, bu işə Qafqazda son verək. İstəyirsənsə, birlikdə problemi həll edək. Siz Paşinyan, mən isə İlham Əliyev qardaşımla müzakirə aparaq, işi həll edək. Bir qərar verək, problemi həll edək. Həll edə bilmərik? Səmimi bir addım ataq. Biz problemi həll etmək məcburiyyətindəyik, səmimiyik. Sizin də səmimi olduğunuza inanıram. Gözəl görüşümüz oldu.
Ümid edirəm, nəticəsi olacaq. Qırmızı xəttimizi də söylədik. Bildirdik ki, bu xətlərdən keçilsə, kimsə inciməsin, atamızın oğlu belə olsa, gözünə baxmarıq».
Bizim.Media