Baş nazirdən “Heydər Əliyev adına təqaüd”lə bağlı SƏRƏNCAM  

Hazırda oxunan: Baş nazirdən “Heydər Əliyev adına təqaüd”lə bağlı SƏRƏNCAM  

145019

Baş nazir Əli Əsədov “Heydər Əliyev adına təqaüd”ün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyun tarixli 3940 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə sərəncam imzalayıb. 

Bizim.Media xəbər verir ki, sərəncamda deyilir: 

"Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Azərbaycan Respublikasının ali təhsil müəssisələrində ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani formada təhsil alan, təhsildə yüksək nailiyyətləri olan 100 (yüz) nəfər tələbə üçün təsis edilmiş “Heydər Əliyev adına təqaüd”ün verilməsi ilə bağlı maliyyələşmə zərurəti yarandıqda, bu barədə təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin. 
Bu Sərəncamın icrası Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə edilsin". 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin