6 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatı Əlaqələndirici Bürosunun Nazirlər iclası çərçivəsində Nepal Federativ Demokratik Respublikasının xarici işlər naziri Narayan Prakaş Saud ilə görüşüb.
Azərbaycanın Xarici İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, görüş zamanı, Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi təqdir olunub.
İki ölkə arasında siyasi məsləhətləşmələrin aparılmasının əhəmiyyətini, iki ölkənin müvafiq qurumları arasında əlaqələrin həm ikitərəfli, həm də çoxtərəfli platformalar çərçivəsində inkişaf etdirilməsinin vacibliyini, xüsusilə də turizm sahəsində əməkdaşlıq üçün böyük potensialın olduğu vurğulanıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
23:18 / 06.07.2023
Azərbaycan - Nepal XİN başçıları arasında siyasi məsləhətləşmələr APARILIB - FOTO
Hazırda oxunan: Azərbaycan - Nepal XİN başçıları arasında siyasi məsləhətləşmələr APARILIB - FOTO
Hazırda oxunan: Azərbaycan - Nepal XİN başçıları arasında siyasi məsləhətləşmələr APARILIB - FOTO
144971
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.