Bakıda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının qərargahının açılışı olub - FOTO 

Hazırda oxunan: Bakıda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının qərargahının açılışı olub - FOTO 

144967

6 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində QH Gənclər Təşkilatının mənzil-qərargahının rəsmi açılış mərasimində iştirak və çıxış edib. 

Bizim.Media xəbər verir ki, bu barədə XİN məlumat yayıb. 

Açılış mərasimində həmçinin QH-nın sədrlik üçlüyünün digər üzvləri qismində Venesuela Bolivar Respublikasının xarici əlaqələr üzrə xalq hakimiyyəti naziri İvan Gil-Pinto və Uqanda Respublikasının xarici işlər naziri Cece Odonqo, eləcə də Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, gənclər sektoru nümayəndələri və media mənsubları iştirak edib. 

Tədbir iştirakçıları mənzil-qərargahda QH gəncləri üçün yaradılmış şərait ilə tanış olduqdan sonra açılış mərasiminin rəsmi hissəsi baş tutub. 

Açılış mərasimində çıxış edən nazir Ceyhun Bayramov, QH Gənclər Təşkilatının yaradılmasının Azərbaycanın Hərəkata sədrliyi dövründə irəli sürdüyü ən uğurlu təşəbbüslərdən biri olduğunu qeyd edib. Bu xüsusda, QH Gənclər Təşkilatının mənzil-qərargahının rəsmi açılışının keçirilməsinin Hərəkatın tarixində əlamətdar hadisələrdən biri olduğunu bildirərək, bu münasibətlə öz təbriklərini çatdırıb, Təşkilata bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb. 

Açılış mərasimində, həmçinin QH Gənclər Təşkilatının fəaliyyətinə dair hesabat videoçarxı nümayiş olunub. 

Açılış mərasiminin yekununda, QH-nın sədrlik üçlüyünün üzvləri Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Venesuela Bolivar Respublikasının xarici əlaqələr üzrə xalq hakimiyyəti naziri İvan Gil-Pinto və Uqanda Respublikasının xarici işlər naziri Cece Odonqo, həmçinin Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov Təşkilatın xatirə kitabına öz ürək sözlərini yazıblar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin