6 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abşir Ömər Cama ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatında deyilir.
Görüşdə Azərbaycan və Somali arasında əməkdaşlığın mümkün perspektivləri müzakirə olunub.
Ceyhun Bayramov, iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində qarşılıqlı təmasların artırılmasının vacibliyini qeyd edib. Bu xüsusda, əlaqələrin genişləndirilməsi üçün mövcud perspektivlərin müzakirəsi məqsədilə siyasi məsləhətləşmələrin keçirilməsinin əhəmiyyəti vurğulanıb.
C.Bayramov Azərbaycanın QH-ya sədrliyi dövründə Hərəkatın inkişafının, üzv dövlətlər arasında münasibətlərin möhkəmləndirilməsinin prioritet istiqamətlərdən olduğunu bildirib.
Azərbaycanın QH-ya sədrliyi dövründə həyata keçirilən təşəbbüslər, xüsusilə QH Parlament Şəbəkəsi, QH Gənclər Təşkilatının yaradılmasının əhəmiyyəti vurğulanıb.
Nazir Abşir Ömər Cama, Somalinin hər zaman Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini qeyd edərək, iki ölkə arasında qarşılıqlı hörmət və həmrəyliyə əsaslanan münasibətlərin daha da inkişafında Somalinin maraqlı olduğunu diqqətə çatdırıb.
Görüş zamanı, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Somali Federativ Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu imzalanıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
22:00 / 06.07.2023
Azərbaycanla Somali arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
Hazırda oxunan: Azərbaycanla Somali arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
Hazırda oxunan: Azərbaycanla Somali arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
144963
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.