Ceyhun Bayramovun nikaraqualı həmkarı ilə görüşü olub

Hazırda oxunan: Ceyhun Bayramovun nikaraqualı həmkarı ilə görüşü olub

144955

İyulun 6-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatı Əlaqələndirici Bürosunun Nazirlər İclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Nikaraquanın xarici işlər naziri Denis Ronaldo Monkada Colindres ilə görüşüb. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, görüş zamanı tərəflər beynəlxalq çoxtərəfli platformalarda, xüsusilə də Qoşulmama Hərəkatı çərçivəsində fəaliyyətlər və gələcək planlar barədə ətraflı müzakirə aparıblar. 

C.Bayramov Qoşulmama Hərəkatı çərçivəsində sədrliyimiz dövründə ölkəmizin təşəbbüslərinə göstərilən dəstəyə görə minnətdarlığını bildirib. 

Nazirlər ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi, xarici işlər nazirlikləri arasında mütəmadi əsasda məsləhətləşmələrin keçirilməsinə dair razılıq ifadə ediblər. 

Nikaraquanın xarici işlər naziri Denis Ronaldo Monkada ölkəsinin Azərbaycanın QH-yə uğurlu sədrliyini və Azərbaycan Prezidentinin QH sədri qismində COVID-19-a qarşı mübarizə ilə bağlı irəli sürdüyü qlobal əhəmiyyətli təşəbbüsləri təqdir etdiyini bildirib. 
Tərəflər beynəlxalq gündəlikdəki cari məsələlər, o cümlədən regional vəziyyət barədə fikir mübadiləsi aparıblar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin