Azərbaycan Prezidentindən MÜHÜM MESAJLAR

Hazırda oxunan: Azərbaycan Prezidentindən MÜHÜM MESAJLAR

144869

Xəbər verdiyimiz kimi ötən gün, iyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşü keçirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda Qoşulmama Hərəkatı Əlaqələndirici Bürosunun iclası keçirilir - FOTO/VİDEO


Görüşdə  Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev çıxış edib. Dövlətimizin Başçısı proqram xarakterli çıxışında region və Beynəlxalq aləm üçün vacib mesajlar verib.

Bunlar aşağıdakı mesajlardır:

•    Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına və Afrika İttifaqına sədrlik edən ölkələr BMT Təhlükəsizlik Şurasında veto hüququ ilə rotasiya əsasında yer almalıdırlar.

•    Dekolonizasiya prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı keçmişin bu utancverici mirasına qarşı qətiyyətlə mübarizə aparmalı və onun tamamilə aradan qaldırılmasına öz töhfəsini verməlidir.

•    Neokolonializmi hələ də davam etdirən ölkələrdən biri və birincisi olan Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarından xilas olmalıdır.

•    Öz ölkəsində Korsika dilinə qadağa qoyan və etnik azlıqlar konsepsiyasını qəbul etməyən Fransa özünü Azərbaycandakı erməni milli azlığının müdafiəçisi kimi göstərmək kimi riyakarlığından və ikili standartlardan əl çəkməlidir.

•    Fransa dövləti qətlə yetirdiyi 1,5 milyona yaxın əlcəzairliyə görə üzr istəməli və Paris muzeyində qənimət kimi saxlanılan əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri Əlcəzairə təhvil verilməlidir.

•    Fransa islamofobiya siyasətindən əl çəkməlidir.

•    Avropa dövlətləri müqəddəs Quranın yandırılması, təhqir olunması və buna ifadə azadlığı adı altında bəraət qazandırılması kimi tamamilə məsuliyyətsiz iddialardan əl çəkməlidir.

•    Ermənistan Arazdöyəndə metallurgiya zavodu inşa etməklə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Konvensiyasından (Espoo Konvensiyası) irəli gələn öhdəliklərini pozur. 

•    Qoşulmama Hərəkatının üzv dövlətlərinin Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupu yaradılmalıdır.

•    Ermənistan Birinci Qarabağ müharibəsi nəticəsində işgəncələrə məruz qalan, öldürülən və kütləvi məzarlıqlarda basdırılan 4 minə yaxın itkin düşmüş azərbaycanlının taleyinə aydınlıq gətirməlidir.

•    Ermənistanın Qarabağdakı silahlı qüvvələri sülh danışıqlarına və regiona təhdiddir.

•    Ermənistan 3 il əvvəl imzaladığı kapitulyasiya aktında yer almış öhdəliyi- Zəngəzur dəhlizinin açılmasını təmin etməlidir.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin