Qoşulmama Hərəkatına üzv ölkələrin XİN başçıları Quranın yandırılmasını PİSLƏYİBLƏR - FOTO

Hazırda oxunan: Qoşulmama Hərəkatına üzv ölkələrin XİN başçıları Quranın yandırılmasını PİSLƏYİBLƏR - FOTO

144771

İyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü keçirilib. 

Bizim.Media xəbər verir ki, tədbirdə çıxış edən Sudanın xarici işlər naziri Əli Əl-Sadiq Əli, Suriyanın xarici işlər naziri Feysəl Mekdad, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Qətərin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al-Mureyxi, Pakistanın xarici işlər naziri Məhdum Şah Mahmud Qureşi və digərləri Qoşulmama Hərəkatının əsasında “Banduq prinsipləri”nin dayandığını diqqətə çatdırıb.

Bu prinsiplərin ölkələrin ərazi bütövlüyünü, sülhü, münaqişələrin sülh yolu ilə həllini, bərabərliyi təşviq etdiyini vurğulayıblar. 

Nazirlər Qurban bayramının ilk günündə İsveçdə Qurani-Kərimin yandırılmasını qətiyyətlə pisləyiblər. Qeyd olunub ki, bu cür kriminal hərəkətlərə icazə verilməməli və kəskin şəkildə qınanmalıdır. Bu kimi islamofobiya hallarının təzahürlərinə qarşı daha fəal mübarizə aparmağın vacibliyi vurğulanıb. 

Tədbirdə, həmçinin Qoşulmama Hərəkatının əhəmiyyəti və təşkilatın malik olduğu imkanlar qeyd edilib. Eyni zamanda, Qoşulmama Hərəkatının bir çox problemlərin həllində mühüm rol oynadığı bildirilib. 
Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü işini sabah davam etdirəcək. 








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin