İlham Əliyev özbəkistanlı nazirlə gündəlikdə duran məsələləri MÜZAKİRƏ EDİB 

Hazırda oxunan: İlham Əliyev özbəkistanlı nazirlə gündəlikdə duran məsələləri MÜZAKİRƏ EDİB 

144750

İyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidovu qəbul edib. 

Bizim.Media xəbər verir ki, Baxtiyor Saidov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin əziz dostu və qardaşı Prezident İlham Əliyevə salamlarını çatdırıb. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib - YENİLƏNİB 


Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Özbəkistan Prezidentinə çatdırmağı xahiş etdi. 

Baxtiyor Saidov Azərbaycanın Qoşulmama Hərəkatına müvəffəqiyyətlə sədrliyi və nazirlər görüşünün uğurla keçirilməsi münasibətilə təbriklərini ifadə etdi.

O, Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri çərçivəsində iki ölkə başçısının müəyyənləşdirdiyi tapşırıqlara uyğun olaraq fəaliyyətin davam etdirildiyini və qarşıya qoyulmuş bütün məqsədlərin diqqətdə saxlanıldığını vurğuladı. 

Prezident İlham Əliyev öz növbəsində Özbəkistana dövlət səfərini məmnunluqla xatırladı.

Dövlətimizin başçısı işğaldan azad olunmuş ərazilərdə Özbəkistan tərəfindən məktəb tikintisi layihəsinin xüsusi önəm daşıdığını bildirdi, Prezident Şavkat Mirziyoyevin tezliklə Azərbaycana səfərinin gözlənildiyini qeyd etdi. 

Söhbət zamanı Azərbaycanın və Özbəkistanın Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq etdikləri diqqətə çatdırıldı, ikitərəfli gündəlikdə duran məsələlərə dair fikir mübadiləsi aparıldı. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin