"Biz dəfələrlə Ukraynadakı müharibənin bitməsi ilə bağlı çağırış etmişik. Bu müharibə bitməlidir".
Bizim.Media xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Bakıda Qoşulmama Hərəkatının Koordinasiya Şurasının nazirlərin iclasında çıxışı zamanı deyib.
Nazir, İranın Cənubi Qafqaz regionunda mübahisələrin sülh yolu ilə həllini dəstəklədiyini diqqətə çatdırıb.
O, bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edildiyini vurğulayıb.
Nazirin sözlərinə görə, o, Azərbaycan Prezidenti ilə görüşdə Azərbaycan tərəfinin üçtərəfli bəyanatın icrasına sadiq olduğunu başa düşüb.
Abdullahian əlavə edib ki, Azərbaycanın üçtərəfli bəyanatda əksini tapan kommunikasiya və nəqliyyat yollarının açılmasını dəstəkləyir.
“Bu regionun tranzit baxımından böyük potensialı var. İran bu hədəfi, potensialı reallaşdırmaq üçün əməkdaşlığı dəstəkləyir”, - xarici işlər naziri bəyan edib.
XİN rəhbəri onu da deyib, İran hər zaman regionda sərhədlərin dəyişməsinə qarşıdır.
Bizim.Media