İlham Əliyevin Fransa ilə bağlı dedikləri tamamilə doğrudur - BMT nümayəndə heyətinin üzvü 

Hazırda oxunan: İlham Əliyevin Fransa ilə bağlı dedikləri tamamilə doğrudur - BMT nümayəndə heyətinin üzvü 

144687

Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündəki çıxışında Fransa ilə bağlı söylədiyi fikirlərə görə Yeni Kaledoniya xalqı adından Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürümü bildirirəm. Onun Fransa ilə bağlı dedikləri tamamilə doğru idi.

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndə heyətinin üzvü Magali Tingal deyib.

O qeyd edib ki, son dövrlər Yeni Kaledoniyada 2021-ci il dekabrın 12-də keçirilən 3-cü referendumun pandemiya ilə bağlı geri çağırılması məsələsi gündəmdədir. Lakin Fransa bu referendumu gecikdirir. Biz öz səsimizi eşitdirmək üçün Beynəlxalq Ədalət Məhkəməsinə şikayət edəcəyik.

Fransa bizə qarşı yeni növ müstəmləkə siyasəti aparır və maliyyə cəhətdən təzyiq göstərir”, - deyə o bildirib.

M.Tingal Bakıda keçirilən bugünkü tədbirin onun öz xalqı üçün çox əhəmiyyətli olduğunu vurğulayaraq deyib: “Biz ərazisi kiçik və əhalisi az olan ölkəyik. Bu səbəbdən yaşanan geosiyasi məsələlərlə bağlı öz səsimizi eşitdirmək istəyirik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin