İyulun 5-də Bakı Konqres Mərkəzində keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşü davam edir.
Bizim.Media xəbər verir ki, tədbirdə Birləşmiş Millətlər Təşkilatının Cenevrə ofisinin baş direktoru Tatyana Valovaya BMT-nin Baş katibi Antonio Quterreşin tədbir iştirakçılarına müraciətini oxuyub.
Müraciətdə qeyd edilib ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə dünyanın üzləşdiyi çağırışların müzakirəsinə və həllinə töhfələr verib.
Monteneqronun Baş naziri Dritan Abazoviç çıxışında bildirib ki, Qoşulmama Hərəkatı böhranların həll yollarının tapılması, müzakirələr üçün platforma təklif edir. O, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyini və bu təşkilatın qlobal səsinin daha da gücləndirilməsi üçün təşəbbüslərini dəstəklədiyini diqqətə çatdırıb.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanın Qoşulmama Hərəkatının sədri vəzifəsinin öhdəsindən uğurla gəldiyini vurğulayıb. “Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi çox çətin bir zamanda, müharibələr və münaqişələr dövründə qəbul edib. Bu, çox çətin bir iş idi”, - deyə XİN başçısı diqqətə çatdırıb.
Bizim.Media