Tofiq Abbasov: “Tezliklə Donbass qaytarıla bilər...”

Hazırda oxunan: Tofiq Abbasov: “Tezliklə Donbass qaytarıla bilər...”

14455

“Donbass qaytarıla bilər, çünki Ukraynanın çox ciddi hazırlıq mərhələsi var idi. Onların özləri həm silah-sursat istehsal edir, həm də xaricdən sifariş edirlər".

"Ukrayna Türkiyədən də xüsusi silah növlərini sifariş edib. Ankara da müdafiə sənayelərinin bu istiqamətdə fəaliyyətini gizlətməyib”.

Bu sözləri Bizim.Media-ya müsahibəsində politoloq Tofiq Abbasov açıqladı.
 

MÖVZU İLƏ BAĞLI:

“Rusiya ilə birlikdə olmağımız imkan verir ki...” – Tofiq Abbasov


Donbassda gərginliyin artması və martın 15-nə qədər Kiyevin anons etdiyi öz ərazi bütövlüyünü bərpa istiqamətindəki əməliyyatlarını şərh edən Tofiq Abbasov Ukraynanın bu addıma ciddi hazırlaşdığını bildirdi:

“Ukraynanın ərazi bütövlüyünün pozulması arzuolunan hal deyil. Beynəlxalq təşkilatlar da Ukraynanın ərazi bütövlüyünün pozulmasını qınayıb.
 

Orada Rusiyaya aid qüvvələr yoxdur. Sadəcə, Donetsk Xalq Respublikası, Luqansk Xalq Respublikası deyilən qondarma dövlətlərdə rusiyapərəst qüvvələr çoxluq təşkil edirlər”.


- Donbassda döyüşlərin başlaması ilə Azərbaycanın qələbəsi ilə bitən II Qarabağ müharibəsi arasında nə kimi oxşarlıqlar var? Döyüşlərin start düyməsinə yenidən basılması danışıqların səmərəsizliyidirmi?

“Ermənistan-Azərbaycan qarşıdırması təcrübəsindən də görürük ki, əgər siyasi danışıqlar dalana dirənərək heç bir nəticə vermirsə, yeganə çıxış yolu kimi hərbi əməliyyatlar qalır.
 

Ukrayna cəmiyyətinin özündə də siyasi və sosial sifariş var ki, belə bir kampaniya həyata keçirilsin. Orada Qarabağ nümunəsi də özünü əks etdirir, çünki Azərbaycanın möhtəşəm qələbəsi Ukraynada böyük ruh yüksəkliyi ilə qarşılandı.


Ukraynalılar da hardasa ibrət götürdülər ki, rəsmi Bakı təmkin göstərərək 25 ilə yaxın danışıqlara ümid bəslədi, amma sonda İrəvan və həmsədrlər danışıqların formatını pozdular, çökdürdülər.
 

Digər tərəfdən formal yanaşmalarına görə də açıq bildirdilər ki, danışıqlardan heç bir nəticə gözləməyə dəyməz.


Bu baxımdan, Ukrayna Azərbaycanın qələbəsini böyük coşqu ilə alqışlayaraq ifadə etdi ki, Azərbaycan Kiyevə yaxşı bir yol göstərdi. Mən elə başa düşürəm ki, Donetsk və Luqansk qondarma respublikalarının Ukraynanın tərkibinə qayıdışı tezliklə reallaşa bilər. Rusiya Ukrayna ilə bağlı heç bir dirəniş göstərməyəcək və öz resurslarına qənaət edəcək”.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin