Ən uzun müddət diplomatik fəaliyyətlə məşğul olmuş SƏFİRLƏRİMİZ – ARAŞDIRMA 

Hazırda oxunan: Ən uzun müddət diplomatik fəaliyyətlə məşğul olmuş SƏFİRLƏRİMİZ – ARAŞDIRMA 

144524

Azərbaycanın xarici əlaqələrinin yaranması və inkişafında səfirliklərin böyük rolu vardır. Azərbaycan müstəqillik əldə etdikdən sonra dünyanın əksər ölkələrində səfirliklər açıb. Bu illər ərzində çoxsaylı diplomatlarımız ölkəmizin müxtəlif dövlətlərində səfirliklərdə çalışıb. Onlardan bəziləri hətta uzun müddətdir ki, səfirliklərdə çalışırlar. 

Bizim.Media ən uzun müddət səfirlik etmiş diplomatların kimliyini araşdırıb. 

Tamerlan Qarayev

1952-ci ildə anadan olan Tamerlan Qarayev 3 sentyabr 1993-cü ildən bu günə qədər, yəni 30 ildir ki, səfir vəzifəsindədir. O bu müddət ərzində, Azərbaycanın Çində(1993-2001), Hindistan(2004-2011), İndoneziyada (2011-2018) səfir işləyib. 2018-ci ildən bu günə qədər isə ölkəmizin Litvada fövqəladə və səlahiyyətli səfiridir.   

Qüdsi Osmanov

1966-cı il təvəllüdlü Qüdsü Osmanov 26 ildir ki, bu işdə çalışır. O, 1997-2004-cü illərdə Azərbaycanın Sankt-Peterburq şəhərində Fəxri konsulu olur. 2005-2013-cü illərdə isə Sankt-Peterburqda Baş konsul vəzifəsində çalışıb. 2013-2016-cı illərdə Rusiyada səfir müavini vəzifəsini tutur. 2016-cı ildən bu günə qədər isə Moldovada səfir olaraq işləyir. 

Polad Bülbüloğlu

1945-ci il təvəllüdlü Polad Bülbüloğlu 2006-cı ildən Azərbaycanın Rusiyada fövqəladə və səlahiyyətli səfiridir. O, 17 ildir ki, bu işdə çalışır. P. Bülbüloğlu 1988-2006-cı illərdə Azərbaycanın Mədəniyyət naziri olub. 

Cəlal Mirzəyev

1977-ci il təvəllüdlü Cəlal Mirzəyev 22 ildir ki, diplomatik funksiyasını icra edir. O, Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyində üçüncü və ikinci katib (2001-2003), Brüsseldə NATO yanında Nümayəndəliyində ikinci katib (2003-2005), Malaziyadakı Səfirliyində birinci katib (2007-2009), AR XİN Avropa İdarəsində şöbə müdiri (2009-2011),  Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyinin müşaviri (2011-2015), AR XİN-də Amerika İdarəsinin rəis müavini (2015-2017), Niderlandda müvəqqəti işlər vəkili kimi (2017-2019) işləyib.

Hazırda Azərbaycanın İndoneziyada fövqəladə və səlahiyyətli səfiridir. 

Lətif Qəndilov 

1957-ci il təvəllüdlü Lətif Qəndilov 2001-ci ildən 2021-ci ilə qədər diplomat olaraq fəaliyyət göstərir. O, 2001-ci ildə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin birinci katibi, sonradan müşaviri vəzifəsində çalışıb. 2004-cü ildə isə Qazaxıstana səfir təyin edilir. 
2011–2016-cı illərdə Azərbaycanın Çin, KXDR və Monqolustanda, eyni zamanda, 2011–2013-cü illərdə Vyetnamda səfiri olub. 2016-2021-ci illərdə Belarusda səfir olaraq çalışıb.

Hazırda Azərbaycanın Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiridir. 

Tahir Tağızadə

1967-ci il təvəllüdlü Tahir Tağızadə 2007-ci ildən 16 ilə yaxındır səfir postunda çalışır. O, Azərbaycanın Çexiyada (2007-2014), Böyük Britaniya (2014-2021) səfiri olub, indi isə Macarıstanda səfirdir.    

Elin Süleymanov 

Elin Süleymanov 2005-ci ildən başlayaraq 16 ildir ki, səfir olaraq müxtəlif ölkələrdə çalışır. 1970-ci il təvəllüdlü Süleymanov 2005-2011-ci illərdə Azərbaycanın Los-Anceles şəhərində 1-ci baş konsulu olub. 2011-2021-ci illərdə ABŞ, 2021-ci ildən başlayaraq isə Böyük Britaniyada səfirdir.

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin