“Bu gün biz bir sıra sahələrdə qarşılıqlı fəaliyyətimizin böyük potensialından yararlanaraq ABŞ-la əlaqələrimizi daha da genişləndirmək əzmindəyik”.
Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Müstəqillik Günü münasibətilə Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə ünvanladığı təbrik məktubunda deyilir.
MÖVZU İLƏ BAĞLI:
Prezident İlham Əliyev Baydenə təbrik məktubu GÖNDƏRDİ
“Əminəm ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan-ABŞ tərəfdaşlığının inkişafı və möhkəmləndirilməsi yolunda birgə səylərimizi dövlətlərimizin maraqları və xalqlarımızın mənafeyi naminə bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik”, - Prezident İlham Əliyevin təbrik məktubunda qeyd edilir.
Bizim.Media