Belqradda Azərbaycan və Çin şirkətləri tərəfindən salınan dairəvi yolun təntənəli açılışı olub. Görülən işlərin həcmini və əhəmiyyətini nəzərə alaraq, bu magistral ən mühüm infrastruktur layihələrindən biri hesab olunur.
Layihənin 15 faizi Serbiya büdcəsindən, qalan 85 faizi isə Çinin "Eksim bankı"nın krediti hesabına maliyyələşdirilib.
Bizim.Media xəbər verir ki, Strajevitsa tunelindən Buban Potok qovşağına qədər olan dairəvi yolun ümumi uzunluğu 20,4 kilometrdir.
İstifadəyə verilmiş obyekt dörd tunel, 22 körpü və iki əsas nəqliyyat qovşağından ibarətdir. Yol saatda 120 kilometr sürətlə hərəkət üçün nəzərdə tutulub.
Yolun açılış mərasimində Serbiya Prezidenti Aleksandr Vuçiç, Baş nazir Ana Brnabiç, ölkənin dövlət xadimləri, o cümlədən Azərbaycanın və Çinin Serbiya Respublikasındakı səfirləri iştirak ediblər.
Prezident Aleksandr Vuçiç yolun tikintisində iştirak edən Azərbaycan və Çin şirkətlərinə minnətdarlığını bildirib, bu layihənin ölkəsi üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Serbiya Prezidenti çıxışında Azərbaycan Prezidenti İlham Əliyevə və Çin Xalq Respublikasının Sədri Si Cinpinə dərin minnətdarlığını bildirib.
O, Serbiyanın böyük ümidlər bəslədiyi Azərbaycandakı və Çindəki dostlarına hər zaman arxalandığını qeyd edib.
Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasıyev çıxışında Prezident İlham Əliyevin Belqrad və Prezident Aleksandr Vuçiçin Bakıya səfərlərinin ikitərəfli strateji tərəfdaşlığa yeni təkan verdiyini qeyd edərək, Serbiyanın Azərbaycanın Avropadakı ən yaxın tərəfdaşlarından biri olduğunu bildirib.
Həmçinin qeyd olunub ki, Belqrad yol şəbəkəsinin müasirləşdirilməsi istiqamətində Azərbaycanla gələcək əməkdaşlıqda maraqlıdır.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
10:38 / 04.07.2023
Serbiya prezidenti İlham Əliyevə təşəkkür etdi - SƏBƏB - FOTO
Hazırda oxunan: Serbiya prezidenti İlham Əliyevə təşəkkür etdi - SƏBƏB - FOTO
Hazırda oxunan: Serbiya prezidenti İlham Əliyevə təşəkkür etdi - SƏBƏB - FOTO
144433
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.