Yeni NATO və preventiv tədbirlər - TƏHLİL

Hazırda oxunan: Yeni NATO və preventiv tədbirlər - TƏHLİL

144363



Soyuq müharibə dövrü başa çatdıqdan sonra NATO  şərqə doğru genişlənsədə  bu, daha çox formal xarakter daşıyırdı. Şərqi  avropa və Pribaltika ölkələrinin bir  - birinin ardınca NATO ya üzv olmaları əslində Qərbin totalitarizm üzərində qələbəsinin simvolu idi. Müşahidələr belə bir fikrə gəlməyə əsas verir ki, həmin dövrdə NATO daha çox eyforiya dövrünü yaşayır və potensial təhlükələri  əvvəlcədən qiymətləndirərək preventiv addımlar haqqında  düşünmürdü. Bu isə perspektivdə NATO nun bir hərbi ”“ siyasi blok kimi əhəmiyyətinin itməsi haqqında fikirlərin gündəmə gəlməsi üçün əsaslar yaradırdı.
Lakin, 2000 ci illərin əvvələrində terror hallarının genişlənməsi və qlobal xarakter alması alyans ölkələrini yeni təhlükə ilə üz ”“ üzə qoydu. Həmin dövrdə İranın nüvə proqramı istiqamətindəki intensiv fəaliyyəti NATO ölkələrinin milli təhlükəsizliyi üçün ciddi təhlükə mənbəyinə çevrilmişdi. Xüsusilə də, İran tərəfdən raket təhlükəsi etimalının artması  avropada  Raketdən Müdafiə Sisteminin yaradılmasını aktuallaşdıran amillərdən biri oldu. 
Beləliklə, alyans XXI əsrin əvvələrində yeni qlobal çağrılışlarla üzləşməli olmuşdu. 
NATO soyuq müharibə dövrünün  müəyyən stereotiplərindən uzaqlaşsa da, Rusiyaya münasibətdə yanlış olaraq soyuq  müharibə dövründə olduğu kimi əsas güc mərkəzlərindən biri kimi yanaşmaqda davam edirdi. Təbii ki, bu cür yanaşmanı strateji baxımdan yanlış yanaşma kimi qiymətləndirmək olar. Bu cür yanaşma sonradan Rusiyaya müəyyən mənada özünə gəlməsi üçün əlavə zaman və əlverişli fürsət yaratdı.
SSRİ nin süqutundan sonra, Rusiyanın geopolitik addımlarını aşağıdakı ardıcılıqla sıralamaq olar: 
”¢1990 cı illər B.Yeltsin dövrü. -  Bu dövrü daha çox, Rusiya geopolitikasının “xaos mərhələsi”x9d hesab etmək olar. Həmin mərhələ mərkəzi hakimiyyətin zəifliyi, federasiya subyektləri arasında mərkəzdənqaçma meylərinin güclənməsi, hakimiyyət budaqları arasında qarşıdurma hallarının artması kimi xarakterizə edilə bilər. Xüsusilə də, separatizm hallarının genişlənməsi və Çeçnistanda vətəndaş müharibəsi Ruisyanın mövcud sərhədələr daxilində varlığını sual altına almışdı. Lakin, Yeltsin hakimiyyəti bir çox problemləri həll edə bilməsə də, Rusiyanın mövcud sərhədlər daxilində varlığını qoruyub saxlaya bildi. 

”¢V.Putinin birinci hakimiyyət dövrü. ”“ Həmin dövrü daxili geopolitikanın nizamlanması dövrü hesab etmək olar. Belə ki mərkəzi hakimiyyət möhkəmləndirilir, sosial ”“ iqtisadi sabitliyə nail olunur, hakimiyyət budaqları üzərində Putin nəzarəti möhkəmləndirilərək avtoritarizm meylləri gücləndirilir. 

”¢Medvedyev ”“ Putin dövrü. ”“ Daxili geoplitik sabitliyə nail olan Rusiya yaxın xaricdəki (post ”“ sovet məkanı) geoplitik maraqların reallaşdırılması istiqamətində ilk addımlarını atır. 2008 ci ildə Gürcüstana qarşı hərbi təcavüz nəticəsində Cənib Osetiya ve Abxaziyanı işğal edərək öz ərazisinə qatır. Psot ”“ sovet ölkələrinin avtoritar rejimləri Rusiyaya meyl nümayiş etdirməyə başlayırlar. 

”¢Putinin ikinci hakimiyyət dövrü. - Yaxın xaricdə geoplitik maraqların reallaşdırılması prossesinin davam etdirilməsi. 2014 cü ildə Krımın annaeksiyası və şərqi Urainaya qarşı hərbi müdaxiləni reallaşdıraraq  həmin ərazi üzərində de ”“ fakto nəzarətə nail olunması. Rusiya ilk dəfə olaraq beynəlxalq sanksiyalara məruz qalır. 2015 ci il noyabrında Suriyada hərbi əməliyyatlara başlamaqla qlobal şəkildə geopolitik oyunçu statusunu elan etməsi. Rusiya hərbi təyyarə və gəmiləri NATO sərhədlərini mütəmadi olaraq pozmağa başlayır. 2015 ci il noyabrında Rusiya hərbi təyyarəsinin Türkiyə tərəfindən vurulması və  Rusiyanın ilk dəfə olaraq hərbi ”“ siyasi şok keçirməsi.  
Hələ 2008 ci ildə Rusiya Gürcüstana hərbi təcavüz edərək Cənubi Osetiya və Abxaziyanı işğal etməklə ilk dəfə olaraq geopolitik genişlənməsini açıq formada nümayiş etdirmişdi. Xüsusilə də, Abxaziyanı işğal edərək özünə birləşdirən Rusiya Qara dəniz hövzəsində təsir dairəsini genişləndirməyə nail oldu. Təbii ki, həmin dövrdə Gürcüstan qarşısında heç bir qarşılıqlı hüquqi öhdəliyi olmayan Qərbin passiv mövqeyi əslində Rusiyanı daha yeni ərazilər əldə etməyə şirnikləndirdi.   
2014 cü ilin martında Krımın anneksiyası və şərqi Ukrainaya hərbi təcavüz Moskvanın qərb istiqamətində geopolitik genişlənmsi idi. Xüsusilə də, Krimin anneksiyası ilə Rusiya Qara dəniz hövzəsində nüfuz dairəsinin genişləndirilməsinə nail oldu. Təbii ki, Qara dəniz strateji baxımdan Rusiya üçün böyük əhəmiyyətə malikdi. Belə ki, məhz Qara dəniz hövzəsindəki mövcudluğu Rusiyanın “Dəniz dövləti”x9d statusunu formalaşdıran əsas amil kimi qəbul edilir. Çünki, Qara dəniz Rusiyanın “İsti sulara”x9d açılan yeganə pəncərəsidir. 
Məhz Ukraina hadisələri zamanı Qərbin Rusiyanın təcavüzkar siyasətinin qarşısını effektli şəkildə ala bilməməsi ciddi suallar doğurdu. 
İlk növbədə şərqi Avropa və Pribaltika ölkələri belə bir sualla üzləşdilər:  şərqdən mümkün ola biləcək hər hansı bir hərbi təcavüz zamanı həmin ölkələr nə dərəcədə özlərini müdafiə olunmuş hiss edə bilərlər ?. Belə bir sualın ciddi şəkildə ortaya çıxması ilk olaraq NATO nun əhəmiyyətini və effektliyini gündəmə gətirdi. Təsadüfi deyil ki, yaranmış vəziyyətlə əlaqədar olaraq Litva prezidenti D. Qribauskayte almaniyanın “Der Spiegel”x9d jurnalına verdiyi müsahibədə Putini paranoit adlandırmş və bildirmişdir ki, Rusiyanın litvaya müdaxilə etimalını istisna etmək olmaz. 
Bununla yanaşı, Rusiyanın 2015 ci ildə Suriyada aktiv hərbi əməliyyatlara başlaması Qərbi fakt qarşısında qoydu. Suriya məsələsində zaman faktorunu uduzan Qərb əslində, Rusiyanın Suriyada və Aralıq dənizi hövzəsində eyni zamanda, Yaxın Şərq regionunda mövcudluğunu və əsas aktorlardan biri olduğunu qəbul etməyə məcbur olmuşdu. 
Beləliklə Gürcüstanda, Ukrainada, və Suriyada baş verən hadisələr Rusiyanın NATO nun şərq, cənub ”“ şərq və cənub cinahlarında aktivləşməsi və möhkəmlənməsi üçün əlverişli imkanlar yaradıb. 
 Xüsusilə də, Ukraina ətrafında yaranmış vəziyyət və Rusiyanın mütəmadi olaraq NATO sərhədlərini pozması  oyun qaydalarının dəyişməsinə səbəb olmuşdu. Bundan əlavə, həmin vəziyyət əslində NATO nun yenidən aktivləşməsinə və vaxtilə mövcud olmuş durğunluğun aradan qaldırılmasına təkan verdi. Əslində, Rusiyanın provokativ addımları NATO nu sanki yuxudan ayıltmış oldu. 
Beləliklə, iyulun 8 ”“ 9 dək Polşanın paytaxtı Varşavada NATO nun yüksək səviyyəli sammiti əsasən iki istiqamətdə diqqəti cəlb etdi: 

-Rusiya tərəfədən mümkün ola biləcək “Şərqdən təhlükə”x9d tendensiyasının aktuallaşması; 
-Alyansın təsir və məsuliyyət dairəsinin genişləndirilməsi. 

Burada diqqəti cəlb edən əsas məsələ ondan ibarətdir ki, sammit ərəfəsində ABŞ Dövlət katibi C. Kerri Gürcüstana daha sonra Ukrainaya rəsmi səfər etmişdi. Həmin səfər zamanı NATO nun əsas aparıcı dövləti olan ABŞ la həmin ölkələr arasında ikitərəfli hərbi əməkdaşlığın daha da dərinləşdirilməsi haqqında razılaşmaların bir daha təsdiqi onu göstərdi ki, NATO post ”“ sovet məkanına daha geniş nüfuz etmə strategiyasına üstünlük verməyə başlayıb. NATO nun bu ölkələrə nüfuzu və hərbi əməkdaşlığı Rusiyaya qarşı “Anakonda”x9d prinsipinin daha effektli olmasını təmin edən əsas amillərdən biridi. Lakin, bu  prinsipin daha effektli olması üçün Azərbaycanında həmin plana qatılması vacibdir. Çünki, Azərbaycan coğrafi baxımdan Avrasiya geopolitikasında xüsusi əhəmiyyətə malik olan Rusiya ilə İran geopolitikası arasında yerləşir. Avrasiya üzərində nəzarətin əldə edilməsi üçün, Rusiya geopolitikası ilə İran geopolitikası arasında mükəmməl və effektli dəhlizin yaradılması əsas şərtdir. Amma təsüflər olsun ki, hələ Azərbaycan Gürcüstan və Ukrainadan fərqli olaraq, nə siyasi nə də hərbi baxımdan  bu prossesdə maraqlı tərəf kimi iştirak etmək niyyətində deyil. Bu cür münasibət yaxın perspektivdə ilk növbədə Azərbaycanın özünün milli təhlükəsizliyini risk altına ala bilər.
Varşava sammitində Pribaltika ölkələrində və  Polşada NATO nun 4 batalyonunun yerləşdirilməsi haqqında qərar qəbul edilir. Latviyaya - Kanada, Litvaya ”“ Almaniya, Estoniyaya ”“ Britaniya, Polşaya  - ABŞ cavabdeh olacaqlar. Bununla yanaşı, Avropa Raketdən Müdafiə siteminin Fransanın qarantiyası altında NATO tabeçiliyinə verilməsi haqqında qərar qəbul edilir. 
Həmçinin, Qara dəniz regionunda fəaliyyətin genişləndirilməsi haqqında  regionda coxmillətli birgə rumın ”“ bolqar batalyonun yaradılması qərara alınır. 
Eyni zamanda, NATO ölkələri hərbi xərcləri Ümumi Daxili Məhsulun 2 % dək yüksəltmək haqqında razılığa gəlirlər. 
Yekun beyanatda Gürcüstan, Ukraine, Moldova və Azərbaycanın ərazi bütövlüyü bir daha təsdiqlənir. 
 Məhz Varşava sammitində  NATO soyuq müharibə dövründən sonra ilk dəfədir ki, özünün ərazi təhlükəsizliyi baxımından real addımlar atamağa başlayıb. 
Yekun bəyanatda Azərbaycanında ərazi bütövlüyünün bir daha təsdiqlənməsini NATO tərəfindən Azərbaycana əməkdaşlıq üçün edilən növbəti jest hesab etmək olar. İndi təbii ki, seçim Azərbaycan tərəfdədir. 

Surxan Lətifov 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin