“Antiterror əməliyyatı hər an baş verə bilər” – Elman Nəsirov

Hazırda oxunan: “Antiterror əməliyyatı hər an baş verə bilər” – Elman Nəsirov

144326

Ermənistan parlamentinin spikeri Alen Simonyan iddia edib ki, Azərbaycan Qarabağın sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərində hərbi əməliyyata hazırlaşır:

“Bununla bağlı Azərbaycan dövlət televiziyasında “Qisas -3” adlı süjet verilib. Belə görünür ki, Azərbaycan Qarabağda etnik təmizləməyə hazırlaşır. Amma onlar bunu edə bilməyəcək, Ermənistan Respublikası buna imkan verməyəcək. Azərbaycan artıq prosesə başlayıb, bunun qarşısını ancaq hərbi yolla almaq olar". 
 

MÖVZU İLƏ BAĞLI:

“Ermənistanın davranışları yeni müharibəni labüd edir” – Xarici ekspertlərdən SAVAŞ PROQNOZU


Bu açıqlamadan göründüyü kimi, İrəvan sərhəddə və Qarabağda təxribatlara yol verdiyi kimi, Ermənistan rəsmiləri də Azərbaycana münasibətdə təxribatçı açıqlamalarını davam etdirirlər. 

Belə bir vəziyyətdə təxribatlara son vermək üçün “Qisas” əməliyyatının növbəti mərhələsinin başlaması istər-istəməz aktuallaşır. 

Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Simonyanın çıxışının təxribat xarakteri daşıdığını bildirib:

“Bir yandan Ermənistan baş naziri Paşinyan söyləyir ki, Qarabağı Azərbaycanın ərazisi kimi kaş vaxtında tanıyardılar. Belə olan vəziyyətdə onun dediyinə görə, 44 günlük müharibə də olmazdı. Amma onun partiyasının təmsilçisi, parlament spikeri Simonyan isə təxribatçı bəyanatla çıxış edərək, Azərbaycanı ittiham edir. İddia edir ki, guya Azərbaycan “Qisas-3” əməliyyatına başlayıb. Bununla o yalan və iftira ilə dolu informasiyalarla beynəlxalq ictimaiyyətə təsir göstərmək istəyir. 

Ermənistan heç də qabaqdangəlmişlik etməsin. Azərbaycan dövlətinin öz ərazisi üzərində tam şəkildə suverenliyini təmin etmək ixtiyarı və hüququ var.

10 noyabr sənədinin icra edilməyən bəndlərinin icrasını İrəvandan tələb etmək ixtiyarındayıq. Bu baş vermədiyi təqdirdə isə Qarabağdakı qeyri-qanuni silahlı birləşmələrin tərksilah edilməsi və oradan çıxarılması Azərbaycanın beynəlxalq hüquqa əsaslanan suveren hüququdur. 

Ali Baş komandan İlham Əliyevin söylədiyi kimi, Azərbaycanın da səbrinin bir hüdudu var. Postmüharibə dövrünün həllini gözləyən məsələləri dinc yolla tənzimləmək istəyirik. Lakin bu olmayacağı təqdirdə, istənilən imkandan, o cümlədən güc faktorundan bəhrələnmək hüququmuz var. İrəvan ağılını başına yığıb düşünsün ki, Azərbaycan Prezidentinin dedikləri həyatda 100 faiz təsdiqini tapır. 

Dinc yolla məsələnin həlli baş tutmasa, istənilən vaxt antiterror əməliyyatı keçirilə bilər.

Ermənilər bunu “Qisas-3” əməliyyatı kimi qəbul edir və vahiməyə düşüblər. “Qisas-3” əməliyyatı hər zaman baş verə bilər və buna görə də bütün məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşəcək”. 

Rüfət Sultan, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin