Azərbaycanda saxlanılan terrorçu qadın Ermənistana dönmək istəməyib - XİN  

Hazırda oxunan: Azərbaycanda saxlanılan terrorçu qadın Ermənistana dönmək istəməyib - XİN  

14431

“Livanın Burc Hammud ərazisində anadan olan Maral Nacaryan (Maralle Najarian) həm Ermənistan, həm də Livan vətəndaşlığına malikdir. Keçmiş münaqişə bölgəsində Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən birgə yaşadığı erməni əsilli Livan vətəndaşı ilə birlikdə saxlanılıb.

"O, Azərbaycan ərazisinə qanunsuz daxil olması və Azərbaycan qanunvericiliyini pozan digər hərəkətlərə yol verməsi barədə ifadələr verib”.

 

MÖVZU İLƏ BAĞLI:

«Əsir erməni qadınlar döyüş gedə-gedə sərbəst buraxılıb» - Leyla Abdullayeva 


Bizim.Media bildiri ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in erməni əsilli saxlanılan şəxs Maral Nacaryanla bağlı sualını cavablandırarkən deyib.

“Azərbaycan tərəfinin nümayiş etdirdiyi humanizm nəticəsində Maral Nacaryan bu ilin 10 mart tarixində azad edilib. Qeyd etmək istərdik ki, o, şəxsən Ermənistana deyil, Livana qayıtmağa üstünlük verib".

"Qeyd etmək istərdik ki, Rusiya tərəfi ilə aparılan müzakirələr nəticəsində Livan vətəndaşı olduğu üçün onun Rusiya ərazisindən göndərilməsi mümkün olmayıb. Bu səbəbdən Maral Nacaryan Türkiyə üzərindən Livana geri göndərilib”, - deyə XİN rəsmisi qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin